Əsas Səhifə > Gündəm, Manşet > ANS RÜSTƏM BEHRUDİ İLƏ MƏZƏLƏNDİ

ANS RÜSTƏM BEHRUDİ İLƏ MƏZƏLƏNDİ


27-11-2011, 12:03
ANS RÜSTƏM BEHRUDİ İLƏ MƏZƏLƏNDİ

«GÜNAH MƏNİ HÜSEYN DƏRYA İLƏ EFİRƏ ÇIXARANDADIR»

DİA.AZ: - Hər bazar günü səhər saatlarında ANS telekanalının efirində yer alan «Bazar Səhəri Rövşanə Bektaşi ilə» proqramı bu dəfə də qalmaqalla diqqətləri cəlb etdi. Bildirək ki, tok-şou xarakterli proqramın bu dəfəki müzakirə mövzusu cinayətkarların məhbəsdən sonrakı həyatları və onların cəmiyyət tərəfindən qəbul edilib-edilməməsi idi.

Proqramın iştirakçıları arasında isə tanınmış şair Rüstəm Behrudi, millət vəkili Çingiz Qənizadə, reper Hüsyen Dərya və daha iki qonaq var idi. Hər bir qonaq qoyulan mövzu ətrafında fikirlərini bölüşərkən nədənsə Rüstəm Behrudinin problemə fəlsəfi yanaşması Hüseyn Dəryanın xoşuna gəlmədi və bundan sonra şairlər reper arasında aqressiv ruhlu mübahisələr bir neçə dəfə təkrarlansı oldu.

Rüstəm Behrudiyə hər sətir başı ironik tərzdə «məllim» deyə müraciət edən Hüseyn Dərya özünün küçə fəlsəfəsini şairə sırımaq üçün sistemsiz və məntiqi olmadan şəkildə bir-birinin ardından üyütdüyü cümlələrin sonunda da «Düzdür?» sualını Rüstəm Behrudiyə ünvanlamaqla daha böyük kobdulğua imza atdı ki, bu da nəhayətdə görkəmli şairin çilədən çıxmasına səbəb oldu.

Rüstəm Behrudi Hsüeny Dəryanın bu sərsəm fikirlərinə «günah səndə yox, səni mənimlə bir verilişə dəvət edəndədir» açıqlaması ilə məsələyə nöqtə qoymağa çalışsa da, Hüseyn Dərya veriliş boyunca gözlərini şairin ağzına dirədi və sanki ondan bir «oşibka» tutacaqmış kimi, məqamını gözləməyə başladı.

Müzakirələr zamanı Ziqmund Freyddən misal gəirən Rüstəm Behrudinin sözünü yenə də yarımçıq kəsən Hüseyn Dəryanın Freydi tanımadığı norpmal olsa da, sonradan söylədikləri nəinki Behrudinin hətta ekran qarşısındakı tamaşaçıların da səbrini daşırdı (QEYD: maraqlıdır ki, studiyada toplaşan tamaşaçılar nədənsə Hüseyn Dəryanın sözlərini alqışlayırdılar. Əslində burada da qeyri-adi heç nə yoxdur, çoxdan bu duruma öyrəncəyliyik - red.).

Hüseyn Dərya Freydi anımadığını bu şəkildə ifadə etdi: «Əvvəllər bizə Leninin, Engelsin, Karlos Markosun (yəqin Karl Marksı nəzərdə tuturdu -red.) yolunu nümunə kimi göstərirdilər, indi isə bizim yolumuz Heydər Əiyev yoludur». Verilişi izləməyənlərin diqqətinə çatdıraq ki, Hüseyn Dəryanın Rüstəm Behrudinin fikirlərinə heç bir aidiyyatı yox idi. Amma buna baxmayaraq, Rüstəm bəy yenə də reperə başa salmağa cəhd etdi: «Bilmirəm, kimin yolunu tutursansa, tut. Bu, sənin öbz işindir. Amma öz yolun olsa yaxşıdır».

Qeyd edək ki, verilişn sonuna qədər şairlə reper arasında bu cür polemika davam etdi. Əslində bu polemikanın özü belə tancverici hadisə idi. Və bu UTANC ANS-in - Rüstəm Behrudiyə polemika yoldaşı kimi Hüseyn Dəryanı çıxaran ANS-in ayağına yazıldı.

Geri qayıt