Əsas Səhifə > Siyasət, Manşet > DÜNYA DAĞILACAQ: İRAN DEMOKRATİYA DƏRSİ VERİR

DÜNYA DAĞILACAQ: İRAN DEMOKRATİYA DƏRSİ VERİR


27-02-2013, 09:36
DÜNYA DAĞILACAQ: İRAN DEMOKRATİYA DƏRSİ VERİR
FARS-MOLLA REJİMİNDƏN NÖVBƏTİ HƏYASIZLIQ: KİM KİMƏ İRAD TUTUR?

DİA.AZ: - Bu gün 40 milyona yaxın Azərbaycan türkü fars-molla rejiminin əsarəti altındadır. Eyni zamanda Böyük Azərbaycanımızın ərazilərinin əksər hissəsi də fars nəzarətindədir və bu gün ərazilərimizdə İran İslam Respublikası adlı islam dinindən uzaq bir dövlət bərqərar olub.

Və bu dövlət özünü müsəlman ölkəsi adlandırmasına rəğmən minlərlə Azərbaycan türkünün vəhşicəsinə axıdılan qanı üzərində qurulan Ermənistan adlı ikinci absurd dövlətin Qarabağdakı dəhşətlərinə nəinki göz yumur, hətta tərəf tutaraq öz ŞİƏ QARDAŞLARINI əzən xristian ermənilərə hər cür dəstəyi verməkdədir. Ki, bütün bu faktlar da əslində bir mühüm məsələni tam olaraq izahlamaqdadır. Bu gün İran İslam Respublikası adlanan məkanın müqəddəs İslam dininə heç bir aidiyyatı yoxdur. Ən azından bu ölkənin Qarabağ probleminə münasibətindən bunu duymaq olar və bu gün İranda İslam dini fars şovinizmi naminə istismar edilməkdədir.

Zaman-zaman və günü bu gün də sayı 40 milyona çatan Azərbaycan türklərinin ən ibtidai milli haqlarını belə boğmağa çalışan fars-molla rejimi indi də Azərbaycanın şimalını hədəfləyib. Sovetlər Birliyi dağıldıqdan sonra müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilmədiyini aşkar surətdə ortaya qoyan rəsmi Tehran Qarabağ savaşı dönəmində də müsəlman azərbaycanlıların qətliamına qərar verən Rusiya-Ermənistan-İran üçlüyündə təmsil olundu.

Təbii ki, belə bir əhvalda və ovqatda olan bir dövlətin Azərbaycan üçün hansısa mənada müsbət nəyisə arzulaması gözlənilən deyil və belə bir şeyi ummadığımızdan fars-molla rejiminin bütün idbarlıqlarını normal tərzdə qarşılamaqdayıq. Yəni artıq bu zatlar bizi heyrətləndirə bilmirlər. Və el buna görədir ki, bu gün Azərbaycan türklərinin hətta öz ana dilində danışma haqqını belə yasaqlayan farsların Şimali Azərbaycan dövlətinə demokratiya dərsi keçmə cəhdlərini də gülərək qarşılamaqdan başqa bir şansımız yoxdur.

Təbii ki, bu gün Azərbaycanın şimalında qurulan dövlətin əyər-əskikləri var və illərdir Azərbaycan xalqı tam demokratik cəmiyyətin, dövlətin qurulması üçün mübarizə aparır. Amma hətta bu halın özü belə əsas vermir ki, bu gün öz dilində danışmaq istəyənləri dar ağacına yollayan fars-molla rejimi bizlərə irad tutsun. Beləliklə DİA.AZ olaraq «AranNews» portalında yer almış Azərbaycanın Təbrizdəki konsulunun fikirləri üzərində qurulmuş fars həyasızlığını olduğu kimi diqqətinizə təqdim edirik:

«Məlumatlı mənbələrdən redaksiyamıza daxil olan xəbərə əsasən, Xocalı faciəsinin ildönümü münasibətilə keçirilən mərasimin haşiyəsində Azərbaycan Respublikasının Təbrizdəki konsulu Əli Əlizadə erməni lobbisinin və onların tərəfini saxlayan dövlətlərin Ermənistanı yenidən dəstəkləmələrinə işarə edərək deyib: "Nə üçün biz müsəlmanlar bir-birimizi himayə etməyək? Bilməliyik ki, Qarabağ və Xocalı məsələsi təkcə Azərbaycanın problemi deyil, bu bütün İslam dünyasının problemidir".

"Azərbaycanda bütün siyasi partiyalar azadlıq və ölkənin idarəsində iştirak etmək haqqı varmı və qarşıdan gələn prezident seçkilərində Azərbaycanda azad siyasi mühit hakim olacaqmı?"- sualını cavablandıran konsul deyib: "Azərbaycan xalqının çoxu hakim partiyanın (Yeni Azərbaycan) tərəfdarıdır. Bu özünü qabaqkı seçkilərdə də göstərib".

Konsul xatırladıb: "Azərbaycan Respublikası demokratik ölkədir, siyasi azadlıq baxımından Azərbaycanda demokratiyanın olmamasını iddia edən ölkələrdən öndədir".

Əli Əlizadə ölkəsinin iqtisadi və elmi sahələrdə inkişafları, Azərbaycanın peykinin orbitə buraxılmasından da danışıb və bu peykin texnologiyasının Azərbaycana aid olub-olmaması barədəki sualı cavablandıraraq deyib: "Azərbaycan bir çox ölkələr kimi bu peykin düzəldilməsini başqa bir ölkəyə sifariş vermişdi və artıq kosmosda peyki olan ölkələr sırasına daxildir".

Qeyd edək ki, qonşu ölkənin diplomatı bu mövzuları elə bir şəraitdə qeyd edir ki, bu ölkədə hazırkı hakimiyyətlə müxalif namizədlər seçkilərdən neçə aylar qabaqcadan artıq təzyiq altındadır. Hətta, Yeni Musavat Partiyasının prezidentliyə namizədi İsa Qənbərin maşınına daşla hücum edildi və Lənkəran şəhərinə girməsinə icazə vermədilər.

Həmçinin, konsul Azərbaycan Respublikasını demokratik ölkələr sırasına daxil edir, halbuki, bu ölkədə dini fəallar təzyiq, işgəncə və uzun müddətli həbslərə məruz qalırlar. Bir neçə gün bundan öncə də ölkənin ali məhkəməsi tənqidi çıxışına görə Azərbaycan İslam Partiyası sədrinin 12 il həbs cəzasını qüvvədə saxladı».

Geri qayıt