Əsas Səhifə > Hadisə > ƏFV FƏRMANI OLACAQ

ƏFV FƏRMANI OLACAQ


26-11-2011, 15:37
ƏFV FƏRMANI OLACAQ

OMBUDSMAN PREZİDENTƏ MÜRACİƏT EDİB

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova prezident İlham Əliyevə əfv təklifi ilə müraciət edib.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya daxil məlumata görə, müraciətdə bu il bir sıra əlamətdar tarixlərin – respublikanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinin, Azərbaycanın Avropa Şurasına üzvlüyünün və Avropa İnsan Hüquqları Konvensiyasının ratifikasiyasının, “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya qanununun 10 illiyinin və digər əhəmiyyətli hadisələrin ildönümlərinin qeyd olunduğu bildirilib. Ombudsmanın bütün bunları nəzərə alaraq, 10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günü və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində növbəti əfv təklifi ilə çıxış etdiyi qeyd olunub.

Müraciətdə o da vurğulanıb ki, bu günə kimi İnsan Hüquqları üzrə Müvəkkilin müraciəti əsasında 339 məhkum azadlığa buraxılıb.


Geri qayıt