Əsas Səhifə > Güney Press / Manşet > NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ƏFV FƏRMANI OLACAQ

NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ƏFV FƏRMANI OLACAQ


26-02-2013, 14:43
NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ƏFV FƏRMANI OLACAQ
DİA.AZ: - Hər il olduğu kimi, bu dəfə də Novruz bayramı ərəfəsində əfv fərmanının imzalanması gözlənilir. Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki etibarlı mənbəmiz çatdırıb.

Mənbə bildirir ki, gözlənilən əfv fərmanı ilə bu dəfə dindar məhbuslardan bəzilərinin azadlığa çıxacağı gözlənilir: В«Eyni zamanda iki jurnalistin də azad ediləcəyi mümkündür. Onlardan biri В«İdealВ» qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev ola bilərВ».

Mənbəmizin sözlərinə görə, bu dəfə də adları siyasi məhbus siyahısında olan məhbusların azadlığa çıxma şansları çox azdır: В«Amma ömürlük həbsə məhkum edilmiş keçmiş В«OMONВ»çuların bu dəfə nəzərə alınması mümkündürВ».

2005-ci ilin 17 Oktyabr hadisələri zamanı həbs edilən keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevin, keçmiş səhiyyə naziri Əli İnsanovun, В«AzpetrolВ» Neft Şirkətinin sabiq prezidenti Rafiq Əliyevin və digərlərinin azadlığa çıxma şanslarına gəlincə isə mənbəmiz bildirdi ki, hələlik bu yöndə qəti qərar verilməyib: В«Amma Əliyev qardaşlarının azadlığa çıxması gözləniləndirВ».

Geri qayıt