Əsas Səhifə > Ölkə, Manşet > İKİ OLİQARX MƏMUR ARASINDA PUL “RAZBORKASI”

İKİ OLİQARX MƏMUR ARASINDA PUL “RAZBORKASI”


26-02-2013, 12:54
İKİ OLİQARX MƏMUR ARASINDA PUL “RAZBORKASI”
CAVİD QURBANOV ARİF ƏSGƏROVLA NİYƏ TOQQUŞUB?

DİA.AZ: - Nəqliyyat naziri Ziya Məmmədovun iki yaxın adamı arasında münasibətlər gərginləşib. Bunlar "Azərbaycan Dəmir Yolları" ASC-nin rəhbəri Arif Əsgərovla "Azəryolservis"in şefi, deputat Cavid Qurbanovdur. Bu barədə DİA.AZ-a daxil olan məlumatlara görə, Arif Əsgərovla Cavid Qurbanov arasında narazılıqların yaranmasına səbəb Bakı-Tiflis-Axalkələki-Qars layihəsidir.

Oxucuların diqqətinə çatdıraq ki, Azərbaycan və Gürcüstan arasındakı razılaşmaya görə bu layihənin tikintisini Azərbaycan tərəfi həyata keçirir: Gürcüstana verdiyi kreditlər hesabına. Artıq layihə ilə bağlı Gürcüstana iki dəfə kredit ayrılıb. Birinci kreditin məbləği 220 miylon, ikinci kreditin məbləği isə 574 milyon dollara çatdırılıb.

Nəqliyyat naziri Ziya Məmmədov isə bu bahalı layihənin tikintisini "Azərinşaatservis"in rəhbəri, Bülent Karanıya və Cavid Qurbanova tapşırıb. Cavid Qurbanov layihədə sahibi olduğu "Kəpəz" şirkəti ilə təmsil olunur. Bu şirkət ağır texnikaları icarəyə verməklə məşğuldur. Məlumatlarda deyilir ki, Arif Əsgərov layihənin icrasında heç bir pay almamasından bərk qəzəblənib. Hətta bu məsələ ilə Cavid Qurbanovla aralarında mübahisə olub. Arif Əsgərov "Azəryolservis"in şefinə narazılığını təxminən bu şəkildə bildirib: "Bizim idarədə nə var ki, nə qazanırıq ki? Amma yol, körpü tikintiləri hamısı sizin əlinizdədir. Bəs deyil bu qədər?"

Məlumatda deyilir ki, bu narazılıqdan Ziya Məmmədovun da xəbəri var. Lakin son vaxtlar Ziya Məmmədovla Cavid Qurbanovun münasibətləri pozulması "Azeryolservis" şefini hədəfə gətirib. Bu barədə saytımızda bir qədər əvvəl məlumat vermişik. Bunun bir səbəbi Cavid Qurbanovun özünü Ziya Məmmədovun tabeliyində olan digər məmurlarla müqayisədə müstəqil aparmasıdırsa, başqa bir səbəbi fövqəladə hallar naziri Kəmaləddin Heydərovla yaxınlaşmasıdır. İndi Ziya Məmmədov Cavid Qurbanovu “vurmağa” çalışır. Elə bu baxımdan da nəqliyyat naziri fevralın 21-də keçirdiyi kollegiya iclasında Cavid Qurbanovu tənqid edib.

Geri qayıt