Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVƏ QARŞI BÖYÜK ŞƏBƏKƏ
RAMİZ MEHDİYEVƏ QARŞI BÖYÜK ŞƏBƏKƏ26-02-2013, 11:36 |
İLGİNC: PA ŞEFİNİN ZƏRƏRSİZLƏŞDİRİLMƏSİ PLANINI İŞƏ SALDILAR DİA.AZ: - Neçə müddətdir ki, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı kampaniya aparılmaqdadır. Bildirək ki, əsasən fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevin start verdiyi videobombardmanla başlayan bu kampaniya bu gün bir çox maraqlı çevrələr tərəfindən fərqli-fərqli formalarda həyata keçirilməkdədir. Bu barədə DİA.AZ-a hökumət içindəki qaynaqlardan ötürülən informasiyada bildirilir ki, əslində Ramiz Mehdiyevin zərərsizləşdirilməsi, bu prosesin daha az fəsadlarla həyata keçirilməsi yolunda neçə müddətdir ki, böyük addlımlar atılmaqdadır: «Ramiz Mehdiyevin iqtisadi rıçaqları da zaman-zaman əlindən alınmaqdadır. PA şefi inşaat sektorunda böyük güc idi. Və bu gün sözügedən istiqamətdə yaranmış durğunluq da əslində köhnə qüvvələrin gedişi ilə bağlıdır. Hələ yenilər möhkəmlənmə fürsəti əldə edə bilməyiblər». Mənbəmiz eyni zamanda PA şefinin son aylarda ərzaq sektorunda da böyük itkilrə məruz qaldığını iddia edib: «Bu gün ərzaq bazarında, xüsusən də un və un məhsulları istiqamətində Ramiz Mehdiyevin adamları böyük imkanlara malik idilər ki, bu imkanlar da məhdudlaşdırılmaqdadır». Lakin əsas hadisə bu gün Mehdiyevə qarşı hakimiyyət daxilində yaranan koalisiyadır. Mənbəmiz iddia edir ki, bu koalisiyada bir neçə nazirlə yanaşı, Prezident Administrasiyasının yüksək yetkililəri də təmsil olunurlar: «Çox böyük bir şəbəkə bu gün Ramiz Mehdiyevin gedişinin baş tutmasına və bu prosesin sürətləndirilməsinə çalışır. Lakin yekun qərarı prezident verdiyindən, kimlərinsə tələsməsi heç bir önəm daşımır. Amma proses başlayıb». Qeyd edək ki, mənbəmiz Ramiz Mehdiyevə qarşı fəaliyyətdə olan böyük şəbəkəyə aid məmurların siyahısını da redaksiyamıza ötürüb. Həmin siyahını ayrıca olaraq yaxın vaxtlarda diqqətinizə təqdim edəcəyik. Bizi izləməkdə davam edin… Geri qayıt |