Əsas Səhifə > Gündəm, Manşet > KEÇMİŞ REKTORDAN GENERALI BİTİRƏCƏK VİDEOFAKT

KEÇMİŞ REKTORDAN GENERALI BİTİRƏCƏK VİDEOFAKT


26-02-2013, 10:27
KEÇMİŞ REKTORDAN GENERALI BİTİRƏCƏK VİDEOFAKT
ELŞAD ABDULLAYEVİN YAXINLARI VAQİF AXUNDOVLA BAĞLI ŞOK FAKT YAYIR

DİA.AZ: - Məlum olduğu kimi, sabah Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirəcək. Yeni vidogörüntülərin təqdim olunacağı və Mahir Abdullayevin oğurlanması ilə bu və ya digər şəkildə bağlı olan yüksək çinli dövlət məmurlarının adı çəkiləcəyi gözlənilir

Bir müddət öncə təsis edilən Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi mətbuat konfransı keçirəcək. Komitənin mətbuat xidmətindən Azadliqnews.tv-yə daxil olan məlumata görə mətbuat konfransı fevralın 27-də saat 12:00-da Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) ofisində keçiriləcək.

Mətbuat konfransı haqda Azadliqnews.tv-yə daxil olan məlumatda həmçinin müdafiə komitəsinin M.Abdullayevin itkin düşməsi haqda şok faktların açıqlayacağı gözlənililir. “Mahir Abdullayevin oğurlanmasından sonra onu gördüyünü bildirərək zərərçəkmiş Elşad Abdullayevdən pul alan, həmçinin M.Abdullayevi videokamera ilə çəkib gətirmək istəyən şəxslər olub. Bütün bu danışıqlar gizli çəkilişlə lentə alınıb və mətbuat konfransında medianın diqqətinə çatdırılacaq”-deyə müdafiə komitəsinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir. Məlumata gərə mətbuat konfransında Mahir Abdullayevin oğurlanması ilə bu və ya digər şəkildə bağlı olan yüksək çinli dövlət məmurlarının adı çəkiləcək.

Xatırladaq ki, 2 övlad atası M.Abdullayev 2003-cü il oktyabrın 13-də gözlənilməz şəkildə oğurlanır. 10 il keçməsinə baxmayaraq, M.Abdullayev tapılaraq ailəsinə təhvil verilməyib. Ötən 10 il ərzində bu hadisə ilə bağlı dövlət orqanlarına edilən müraciətlər nəticəsiz qalıb. M.Abdullayevin oğurlanması faktı ilə bağlı Cinayət Məcəlləsinin uyğun maddəsilə cinayət işi qaldırılıb. Dövlət başçısı Ilham Əliyevin göstərişi ilə Müstəqil Istintaq Komissiyası yaradılıb. Amma indiyə kimi M.Abdullayevin tapılması, cinayətkarların cəzalandırılması ilə bağlı hər-hansı nəticə yoxdur. Bu işdə müəyyən fakt və şəxslərin adlarının keçməsinə baxmayaraq, MTN zabitinin oğurlanması faktı inidyə kimi hüquqi qiymətini almayıb. Bir müddət öncə Mahir Abdullayevin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb və Azad Mursaliyev onun sədri seçilib.

DİA.AZ-a keçmiş ABU rektoruna yaxın qaynaqlardan ötürülən məlumatlardan isə aydın olur ki, Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi tərəfindən açıqlanacaq yeni videofaktda əsas hədəf Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovdur. Mənbəmiz yeni açıqlanacaq videomaterialla bağlı yalnız bunları deməklə kifayətləndi: “Səbr edin və onda görəcəksiniz ki, Vaqif Axundovun da bu işdə hansı formada iştirakı olub”.

Onu da bildirək ki, məlumatı verən mənbə açıqlanacaq videfaktın ardından Vaqif Axundovun istefaya getməsinin də gözlənilən olduğöunu söylədi.

Geri qayıt