Əsas Səhifə > Cəmiyyət > BİLƏSUVARDA MİSİR MƏRDANOVUN "VESİ" YOX İMİŞ

BİLƏSUVARDA MİSİR MƏRDANOVUN "VESİ" YOX İMİŞ


25-02-2013, 10:18
BİLƏSUVARDA MİSİR MƏRDANOVUN "VESİ" YOX İMİŞ
YERDƏKİ İŞÇİSİ NAZİRİ HEÇƏ SAYIR

Biləsuvar rayon təhsil şöbəsinin müdiri Balaqardaş Kazımov rayon təhsilini Azərbaycanın deyil, «öz» qanunları ilə idarə edir. Bunu TİA.AZ-a sözügedən rayonun Amankənd sakini, ali təhsilli müəllim Əlövsət Hüseynov deyib.
Hüseynovun fikrincə, ölkənin təhsil naziri Misir Mərdanov olduğu kimi, Biləsuvarın da təhsil «naziri» B.Kazımovdur. «Qeyd edim ki, onun qanunsuz əməlləri kifayət qədərdir. Məsələn, Kazımov E.Kərimov adına Amankənd orta məktəbinin sabiq direktoru Rufulla Şükürovu yenidən və qanunsuz olaraq həmin məktəbə direktor təyin edib».
Amankəndli müəllim bildirir ki, R.Şükürov hələ 2009 və 2011-ci illərdə işində yol verdiyi ciddi nöqsanlara görə, sonuncu xəbərdarlıqla şiddətli töhmət alıb və 2012-ci ilin 24 fevralında təhsil nazirinin 11/187 saylı əmri ilə tutduğu vəzifədən azad edilib. Balaqardaş Kazımov isə təhsil nazirinin əmrini bir kənara ataraq, özünün qərarlarını verməyə başlayıb. Belə ki, Biləsuvar təhsil şöbəsinin müdiri nazirin imzaladığı əmrin mürəkkəbi qurumamış, yəni 10 sentyabr 2012-ci ildə R.Şükürovu yenidən Amankənd orta məktəbinə direktor təyin edib.

Geri qayıt