Əsas Səhifə > Siyasət, Manşet > MƏMURLARI BU GÜN HANSI AQİBƏT QORXUDUR?
MƏMURLARI BU GÜN HANSI AQİBƏT QORXUDUR?25-02-2013, 10:02 |
“HƏR BİR MƏMUR ARZU EDİR Kİ, “AĞRISIZ” ŞƏKİLDƏ BU PROSESİ YOLA VERSİN” DİA.AZ: - Prezidentin yanında keçirilən son müşavirə bəzi məmurlarda misli görünməmiş qorxu yaradıb. Onlar ölkə başçısının məlum sərt tənqid və xəbərdarlıqlarından əndişələniblər, istər öz karyeralarının, istərsə də sərvətlərinin taleyi ilə bağlı ciddi narahatlıqları var. Bu barədə DİA.AZ-a məlumatlı mənbədən bildirilib. Mənbə xatırladır ki, dövlət rəhbəri məlum müşavirədə istər məmur və övladlarının özbaşınalığının dayandırılması, istərsə də korrupsiya ilə mübarizənin gücləndirilməsi yönündə kəskin və konkret fikirlər səsləndirib: «Baş prokuror Zakir Qaralov korrupsiya ilə mübarizənin gücləndirilməsinə dair əməliyyat müşavirəsi keçirdi və oradakı çıxışında dövlət başçısının siyasi iradəsinə və göstərdiyi yüksək etimada uyğun olaraq prokurorluq, o cümlədən Korrupsiyaya qarşı mübarizə idarəsi əməkdaşlarının korrupsiyaya qarşı mübarizə istiqamətində bütün səy və bacarıqlarını səfərbər edəcəkləri, bu sosial bəlaya qarşı ən qətiyyətli tədbirlərin görülməsinin təmin olunacağı, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin yeni müstəvidə aparılacağı, ixtisaslaşdırılmış qurum olan bu idarənin işinin ən yüksək tələblər səviyyəsində səmərəli təşkilinin təmin ediləcəyini bildirdi. Bütün bunların isə bəzi məmurlarda əndişə yaratması təbiidir, çünki onlar məhz korrupsiya və özbaşınalıq sayəsində varlandıqlarını yaxşı bilirlər». Mənbəmiz bildirdi ki, hakimiyyət dəhlizlərində bu gün aktual olan bir dartışma mövzusu var: “Kimi necə çıxaracaqlar. Hər bir məmur arzu edir ki, “ağrısız” şəkildə bu prosesi yola versin. Yəni vəzifədən alınsa belə, azadlığını, varidatını qorusun”. Geri qayıt |