Əsas Səhifə > Siyasət, Manşet > VAHİD ƏHMƏDOVA QARŞI ŞOK FAKTLAR AÇIQLACANAQ
VAHİD ƏHMƏDOVA QARŞI ŞOK FAKTLAR AÇIQLACANAQ24-02-2013, 14:25 |
QUBALI DEPUTATIN 1 MART OLAYLARINDA İŞTİRAKI SÜBUT OLUNA BİLƏR DİA.AZ: - Sabah Quba üsyanı ilə bağlı həbs olunan jurnalistlərin və digər 4 nəfərin cinayət işi ilə bağlı Xaçmazda məhkəmə iclası keçiriləcək. Artıq məhkəmə istintaqı bitdiyindən sabah dövlət ittihamçılarının çıxışı gözlənilir. Bu barədə DİA.AZ-a olduqca ilginc məlumatlar da daxil olub. Hələliksə… Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə CM-in 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər. Ötən il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb. DİA.AZ-a daxil olan informasiyalardan isə aydın olur ki, 1 mart hadisələri zamanı birbaşa olaraq həmin dönəmin icra başçısı Rauf Həbibova qarşı əks mövqedə dayandığı şübhə doğurmayan qubalı deputat Vahid Əhmədova qarşı da məhkəmə iclasında müəyyən ittihamlar səslənə bilər. Bu barədə məlumatı verən Quba sakinlərindən birinin sözlərinə görə, mühakimə olunanlardan biri belə bir iddianı səsləndirməyə hazırlaşır və ortaya ciddi faktlar qoyacaq: «Konkret olaraq Vahid Əhmədovun bu prosesdə iştirakını sübuta yetirən faktlar açıqlanacaq. Hələlik buna manne olunmasa, addım atılacaq». Geri qayıt |