Əsas Səhifə > Dünya > MÜXALİFƏT MÜZAKİRƏLƏRİ BOYKOT EDİR

MÜXALİFƏT MÜZAKİRƏLƏRİ BOYKOT EDİR


24-02-2013, 13:21
MÜXALİFƏT MÜZAKİRƏLƏRİ BOYKOT EDİR
SURİYA MİLLİ KONQRESİ QƏRAR VERİB

Suriya müxalifətini təmsil edən Suriya Milli Koalisiyası Rusiya və Amerikada keçiriləcək müzakirələri də boykot edir.

Koalisiyanın açıqlamasında Rusiya prezidenti Vladimir Putin Bashar Assadi dəstəkləməkdə və silah-sursatla təmin etməkdə günahlandırılır.

Dünən isə müxalifət gələn ay Romada keçirilməsi planlaşdırılan Suriyanın dostları qrupunun toplantısında iştirak etməyəcəyini bəyan edib.

Milli Koalisiya bununla ölkədəki zorakılıqları susdura bilməyən beynəlxalq təşkilatlara etirazını bildirib.

Suriya Milli Koalisiyasının lideri Moaz al Katib 3 həftə əvvəl zorakılıqlara son soyulması üçün Suriyanın hakimiyyət nümayəndələri ilə görüşə hazır olduğunu bildirmişdi. Bunu Rusiya da olmaqla beynəlxalq aləm müsbət qarşılamışdı. Moaz al Katib Vaşinqton və Moskvaya dəvət edilmişdi. Müxalifət bu dəvətləri rədd edib.

Geri qayıt