Əsas Səhifə > Cəmiyyət > KƏRƏM HƏSƏNOVUN QARDAŞINA QARŞI İTTİHAM

KƏRƏM HƏSƏNOVUN QARDAŞINA QARŞI İTTİHAM


22-02-2013, 12:44
KƏRƏM HƏSƏNOVUN QARDAŞINA QARŞI İTTİHAM
MALİK HƏSƏNOV SAHİBKARI İNCİDİR

Redakisiyamıza sahibkar Quluzadə Yaşar Əlihüseyn oğlundan məktub gəlib. “Mərkəz” ASC-nin səhmdarlarından biri olduğunu bəyan edən sahibkar, onun payına düşən əmlakın qanunsuz yolla mənimsənilmə cəhdlərindən narahat olduğunu deyir.
“Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov və qardaşı obyektə aid olan səhmlərimi zorla, hədə-qorxu ilə əlimdən almaq istəyir və razılığım olmadan obyekti təmir etdirirlər. Səhmdar olmağıma baxmayaraq, məni obyektə buraxmırlar, çox ucuz qiymətə və imkan daxilində hətta səhmləri pulsuz əlimdən almağa çalışırlar. K.Həsənovun nümayəndələri (qondarma A.S.C.-nin rəhbərləri) dəfələrlə mənimlə görüşüb ən yüksək səviyyəli dövlət adamlarının adlarını çəkərək başımı ”cəncələ salmamağı" məsləhət görərək, obyekt hüquqlarımdan əl çəkməyimi tələb edirlər. Yüksək dövlət adamları, prezident və xanımının, onların müxtəlif qohumlarının, PA rəhbəri Ramiz Mehdiyevin də adıyla məni qorxutmağa çalışırlar.
Mən hədə-qorxulardan çəkinməyib tələbi yerinə yetirmədim. Kərəm Həsənovun qardaşı, AZINKO şirkətinin rəhbəri deputat Malik Həsənova zəng edib təmiri dayandırmağı və özbaşınalığa son qoymağı tələb etdim. Ilk danışığmızda o, bu işi araşdırıb tədbir görəcəyini vəd etsə də, daha sonra hədə-qorxu gələrək əmlakımdan əl çəkməsəm məni həbs etdirəcəyini bildirdi.
Nəzərinizə çatdırım ki, bütün bu hədələr, dövlət başçısı Ilham Əliyevin məlum çıxışından sonra daha intensiv şəkildə davam etdirilib".
Qeyd edək ki, Yaşar Quluzadə təmiz cins Qarabağ atları yetişdirən ilk şəxsi təsərrüfatın sahibidir. Ən çətin illərində Qarabağ atlarınin nəslinin kəsilməsinin qarşısını alanlardan biri, birincisi olub. Xeyli sayda küncdə-bucaqda məhv olmaqda olan Qarabağ madyanlarını toplayıb 1998-ci ildən bu günə qədər öz şəxsi vəsaiti hesabına Qarabağ atları saxlayır, təbliğ edir. Qarabağ cinsli Atların Dövlət Damazlıq Kitabının redaktorudur. Azərbaycan Atçılar Birliyinin Idarə Heyətinin üzvüdür. 1998-2013-cü illər ərzində onlarla təmiz cins Qarabağ atı yetişdirib, bu cinsin artırılmasına əmək sərf edib. Mərkəzi Almaniyada yerləşən Beynəlxalq Qarabağ Atları Cəmiyyətinin üzvüdür. Azərbaycandan xaricdə müxtəlif beynəlxalq təşkilatlarda, media qurumlarında milli sərvətimiz olan atlarımızı təbliğ və təmsil edən yeganə şəxslərdən biridir. Azərbaycan SSR-də DTK-da və MTN-də çalışıb, mühüm dövlət əhəmiyyətli əməliyyatların iştirakçısı olub.

Geri qayıt