Əsas Səhifə > Gündəm, Manşet > BEYLƏQAN TƏHSİLİNƏ VURULAN SAĞALMAZ ZƏRBƏ

BEYLƏQAN TƏHSİLİNƏ VURULAN SAĞALMAZ ZƏRBƏ


22-02-2013, 09:54
BEYLƏQAN TƏHSİLİNƏ VURULAN SAĞALMAZ ZƏRBƏ
SAXTA DİPLOMLU ŞÖBƏ MÜDİRİNƏ HƏTTA NAZİR BELƏ SÖZ DEYƏ BİLMİRMİŞ

DİA.AZ: - Beyləqan təhsilində qanunsuzluqlar pik həddə çatıb. Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda iddia olunur ki, rayon təhsil şöbəsinin müdiri Tofiq hər ay orta məktəb direktorlarından pul yığır və yığdığı rüşvəti icra başçısı Vaiqif Abdullayevin adından istifadə edərək toplayır. Adını da qoyur ki, güya icra başçısı rayonda hansısa mühüm dövlət əhmiyyətli binanın tikintisi üçün Tofiq Sadıqovun üzərinə müəyyən məbləğdə pul öhdəliyi qoyub, şöbə müdiri də həmin məbləği məktəb direktorlarından toplayır.

Onu da bildirək ki, Beyləqan rayon təhsilində baş verən özbaşınalıqlar, korrupsiya hallarının durmadan artması əlaqədar təşkilatlar tərəfindən qulaqardına vurulmaqdadır. Bu da həmin rayonun orta təhsil sahəsində bu gün də davam etməkdə olan ciddi qüsurların, özbaşınalıqların daha da geniş şəkildə vüsət almasına gətirib çıxarır.

Tofiq Sadıqovla bağlı ən maraqlı məqam isə onun ali təhsil almasını təsdiqləyən sənədin-diplomun saxta olmasıdır. Ötən yazılarımızda qeyd etmişdik ki, Beyləqan rayon təhsilində daha da dərinləşməkdə olan korrupsiya və rüşvətxorluq halları barədə icra başçısıda xəbərdardı. Və elə bu üzdən də başçı tərəfindən təhsilin müdiri T.Sadıqova töhmət də verilib. Həmçinin məlumatlarda bildirilirdi ki, Beyləqanda son günlər baş verən olaylar TŞ- nin müdirini narahat etməyə başlayıb. T.Sadıqovun özünün belə reputasiyası laxlayır, sonu yaxınlaşıb. Məhz bu üzdən də şöbə müdiri çətin duruma düşüb. İcra başçısına qarşı “qara piar” kampaniyasına başlayan T.Sadıqovun özünün rəhbərlik tərəfindən xəbərdarlıq edildiyi bildirilir.

Onu da qeyd edək ki, DİA.AZ-a bununla bağlı yeni şikayət məktubu daxil olub. Məktubun müəllifi Beyləqan rayon Dünyamalılar və Sarı su Kənd orta məktəb müəllimləridir. Şikayətçi müəllimlər rayonun təhsil şöbəsinin müdiri Tofiq Sadıqovun himayəsi altında həyata keçirilən özbaşınalıq haqqında məlumat verirlər və onun özbaşınalığının qarşısının alınması üçün tədbir görülməsi barədə əlaqədar təşkilatlara müraciət edirlər. Müəllimlər bildirir ki, məsələ ilə bağlı təhsil naziri Misir Mərdanova dəfələrlə müraciət ünvanlayıblar. Lakin Misir Mərdanov məsləyə münasibət bildirmək əvəzinə nədənsə Təhsil Nazirliyinə "qurbağa gölünə daş atan kimi" daş atıblar.

Müəllimlər daha sonra qeyd edir ki, respublika qanunvericiliyinə görə, 2013-cü ildə dərslər yanvarin 7-də başlansa da, hələ bu gunə kimi adı çəkilən kənd orta məktəbində təhsildən əsər əlamət yoxdur: “Məktəb sanki işsiz sakinlərin yığıncaq yerinə dönüb. Dərs bölgüsü aparılmayıb və kimin hansi dərsi tədris edəcəyi müəyyən edilməyib. Bununla bağlı dərs cədvəli hələ hazırlanmayıb və müəllimlərə təqdim olunmayıb. Habelə tədris materialları və jurnallar yazılmayıb ki, bu da hazırda məktəbimizdə tədrisin olmadığını ortaya qoyur”.

Rüşvətxor təhsil müdirindən cana doyan müəllimlər yazır ki, bu vəziyyətin səbəbi Tofiq Sadıqovun bu il dərs bölgüsünə pul tələb etməsidir. Onun istədiyi məbləğ toplanmadığı üçün məktəbin taleyi qeyri-müəyyən vəziyyətdə qalır. Müəllimlər hətta T.Sadıqovun maliyyə yoxlamasına verilən rüşvətin məktəb direktorlarının nə qədər toplanmasının siyahısın da bizə göndəriblər. Bu barədə növbət yazılarımızda həmin siyahını olduğu kimi dərc edəcəyik. Çünki Beyləqan rayon orta təhsil müəssisələrində olan qanunsuz əməllər barədə daha geniş şəkilədə əlaqədar orqanları məlumatlandırmağ T.Sadıqov kimi rüşvətxorların cəzalanmasına şərait yaradar.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt