Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV AZƏRBAYCANDA ÜSYANA PUL AYIRIR

RAMİZ MEHDİYEV AZƏRBAYCANDA ÜSYANA PUL AYIRIR


21-02-2013, 10:40
RAMİZ MEHDİYEV AZƏRBAYCANDA ÜSYANA PUL AYIRIR
ÖLKƏNİN NƏYİN BAHASINA OLURSA-OLSUN QARIŞDIRILMASI SSENARİSİ

DİA.AZ: - Neçə müddətdir ki, hakimiyyət daxilində bağlı qapılar arxasında gedən oyunlarla bağlı əldə etdiyimiz məlumatları sizlərlə bölüşməkdəyik. Bu gün redaksiyamız çox ilginc faktları əldə edib ki, həmin bilgiləri də diqqətinizə çatdırmaq fikrindəyik.

Mötəbər mənbələrdən DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, keçən ilin son aylarından etibarən açıq şəkildə hədəflənən Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həm fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin videobombardmanı ilə və həm də bir sıra islahat xarakterli gedişlərlə zərbələrə qonaq edildiyini görüncə ciddi müqavimət planının icrasına start verib.

Mənbəmiz iddia edir ki, birbaşa olaraq Rusiyanın dəstəyinə güvənən Ramiz Mehdiyev məhz Kremldə cızılmış xətt üzrə hərəkət edib: «Bu gün rəsmi Bakının üzərinə «Milyarderlər ittifaqı»nın hərəkətlənməsindən tutmuş Azərbaycanın ayrı-ayrı bölgələrində baş qaldıran üsyanlara qədər - bütün baş verənlər məhz rusların qafasının məhsuludur».

Mənbəmiz bu aradan çox maraqlı faktları da açıqladı: «Ramiz Mehdiyev bütün gücünü, arsenalını müqavimət üçün ortaya qoyub. Hətta bu gün müxalifətçilərdən biri ilə işbirliyinə gedilərək bölgələrdə süni gərginlik ocaqlarının yaradılması üçün də çabalar sərf edilməkdədir. Və bütün bu proses Ramiz Mehdiyevin adamları tərəfindən maliyyələşdirilir. Onlar üzərlərinə gələn hücumları mətbuatdakı gücləri hesabına dəf etməklə yanaşı, həmçinin ictimai rəyin çaşdırılması yönündə də çox ciddi əmək sərf edirlər».

Amma artıq bu yöndə hər hansı əlahiddəliyin baş verməyəcəyini bildirən qaynağımız əlavə etdi ki, artıq Ramiz Mehdiyevin gedişini planlayan qüvvələr məsələnin nə yerdə olmasının tam olaraq ərqindədirlər: «Ramiz Mehdiyevin bu gün Azərbaycanda inqilabı maliyyələşdirməsi belə gözlənilir. Amma buna baxmayaraq onun əl-qolu bağlanacaq. Artıq qatar çoxdan yola düşüb».

Geri qayıt