Əsas Səhifə > Cəmiyyət > NƏŞRİYYATDA QIZDIRICI «BESPREDEL»İ

NƏŞRİYYATDA QIZDIRICI «BESPREDEL»İ


25-11-2011, 16:43
NƏŞRİYYATDA QIZDIRICI «BESPREDEL»İ

[b]AĞABƏY ƏSGƏROV REDAKSİYALARIN ƏMLAKINI «MÜSADİRƏ ETDİRİR»

DİA.AZ: - Son üç gün ərzində «Azərbaycan» Dövlət Nəşriyyatında redasiyaların elektrik enerjisi ilə təminatında ciddi problemlər yaranıb. Bildirək ki, «Azərbaycan» nəşriyyatının rəhbərliyi bunu artıq enerji yüklənməsi nəticəsində baş vermiş qəza ilə əlaqələndirirlər. Və nəticədə iki gün əvvəl bir çox qəzetlər fəaliyyətlərini bir günlük dayandırmalı oldular. Nəşriyyatda yerləşən digər qəzetlər isə nəşr üçün gecikdilər.

Bu barədə DİA.AZ-a verilən məlumatlardan aydın olur ki, «Azərbaycan» Dövlət Nəşriyyatında elektrik xəttlərində qəza redaksiyaların havaların soyuq olması səbəbindən əlavə qızdırıcılardan istifadə etməsi nəticəsində baş verib: «Burada redaksiyaları qınamaq olmaz. Qazanxana işləmədiyindən elektrik enerjisindən istifadə məcburidir».

Təbii ki, nəşriyyatın otaqlarında təbii qazla isitmə sistemində problem yoxdur. Sadəcə olaraq nəşriyyat rəhbərliyinin qaz pulu borcunu ödəməməsi nəticəsində binanın isti su ilə təczhizatı dayandırılıb. Bunun bəlasını isə redaksiyalar çəkməli olublar.

Bu barədə nəşriyyatdakı redaksiyalardan verilən məlumatda bildirilir ki, artıq gələn həftənin ikinci günündən bina istiliklə təmin olunacaq: «Amma bu gün nəşriyyatın direktoru Ağabəy Əsgərovun təlimatı ilə bütün redaksiyalardakı əlavə qızdırıcılar yığılıb. Bunu xəttə ağırlığın düşməsi ilə əlaqələndirirlər. Hər halda, redaksiyaların qızdırıcılarının «müsadirə olunması» da qanunsuzdur».[/b]

Geri qayıt