Əsas Səhifə > Güney Press / Manşet > BƏRDƏ DYP POSTUNDA AÇIQ RÜŞVƏT YIĞIMI
BƏRDƏ DYP POSTUNDA AÇIQ RÜŞVƏT YIĞIMI20-02-2013, 15:38 |
![]() DİA.AZ: - Hakimiyyətin antikorrupsiya tədbirlərinin yerlərə hələ yetişmədiyi barədə yetərincə faktlar açıqlanmaqdadır. Onlardan biri də bu gün Bərdə rayonunda baş verib və özü də ictimaiyyətin gözü qarşısında. Bu barədə DİA.AZ-a В«Bakı XəbərВ» qəzetinin Bərdə bölgəsi üzrə müxbiri Şahin Əhmədov məlumat verib. Həmkarımızın bildirdiklərindən belə aydın olur ki, Bərdə rayon sakini Əlizadə Elməddin Xalid oğlu atasına məxsus 62BD937 dövlət nömrə nişanlı maşını sürərkən Dövlət Yol Polisinin Bərdə postunun əməkdaşı Abbasov Ehtiram Şakir oğlu tərəfindən saxlanılıb. Sürücünün 18 yaşının tamam olmasını əsas gətirən DYP əməkdaşı qanunsuz olaraq cərimə yazmaq istəyib. Amma bu zaman onun diqqətinə çatdırılıb ki, bəs Əlizadə Elməddinin sürücülük vəsiqəsi var və əgər bu qanunsuzdursa, o zaman ona sürücülük hüququnun verilməsi də qanunsuz olmalıdır. Amma buna baxmayaraq hər bir vəchlə rüşvət almağa həvəs göstərən 1113 nömrə nişanlı DYP əməkdaşı Elməddin Əlizadənin yaxınlarından 240 manat rüşvət alıb. Bu barədə danışan Şahin Əhmədov bildirir ki, guya Ehtiram Abbasov öz aləmində sürücüyə yaxşılıq edib: В«40 manat kəmərin taxılmaması cəriməsini yazaraq, ondan 240 manat pul aldı. Yəni dövlətə 40 manat pul köçürüldü, onun cibinə isə 200 manat getdi. Halbuki sürücü təhlükəsizlik kəmərini taxmışdıВ». Onu da bildirək ki, Bərdə postuna rəis bu günlərdə təyin olunub. Və bu vəzifəyə gətirilən Aqil Məmmədov çox güman ki, işçilərini məhz bu qaydada işləməyə vadar edir ki, DYP əməkdaşlarının özbaşınalıqları geniş vüsət alıb. Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq. Geri qayıt |