Əsas Səhifə > Güney Press / Manşet > DAHA ÇOX KİMİN İSTEFASI ARZU OLUNANDIR?
DAHA ÇOX KİMİN İSTEFASI ARZU OLUNANDIR?19-02-2013, 15:04 |
![]() DİA.AZ: - В«SözВ» Analitik Araşdırma Bürosu bu gün ölkəni narahat edən əsas problemlərlə bağlı sorğu keçirib. Bu barədə qurumdan DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, ölkənin dörd iri şəhərində 2000-ə yaxın respondent arasında keçirilən sorğuların nəticələrinə görə, bu gün də Azərbaycan əhalisini narahat edən 25 ildir problemə çevrilən Qarabağ münaqişəsidir. Qurumdan daxil olan məlumatda deyilir: В«Bakı, Gəncə, Mingəçevir və Sumqayıt şəhərlərindən olan 2000-ə yaxın sorğu iştirakçısının böyük əksəriyyətinin - 97 faizinin qənaətinə görə, Qarabağ münaqişəsi bir nömrəli problemdir. Yerdə qalan nəticələr aşağıdakı kimidir: 2. Sosial problemlər - 2,3%; 3. Digər problemlər - 0,7%В». Daha sonra qurumdan verilən məlumatda bildirilir ki, В«SözВ»ün sorğusuna qatılanlar В«Bu gün hansı dövlət qurumu əhalidə daha çox narazılıq yaradırВ» sualına da cavab veriblər. Həmin nəticələr aşağıdakı kimidir: 1. Təhsil Nazirliyi - 51,2%; 2. Səhiyyə nazirliyi - 24%; 3. Ədliyyə, məhkəmə sistemi - 16%; 4. Digər dövlət qurumları - 9,8%. В«Hansı məmur bu gün istefaya ilk göndərilməli olanıdırВ» sualının cavabı da müəyyən mənada yuxarıdakı sualın cavabının təkrarı kimi də qəbul oluna bilər. Belə ki, respondentlərin 50 faizdən bir qədər çoxu belə hesab edir ki, məhz təhsil sistemindəki özbaşınalıqlar başlıca problem olduğundan nazir Misir Mərdanov istefaya gxöndərilməlidir. Onun ardından isə ikinci yerdə dayananı Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevdir. Belə ki, sorğu iştirakçılarının təxminən 39 faizi onun gedişini arzulayır. Digər istefası arzulanan dövlət məmurları isə aşağı faiz toplasalar da, onların sıralaması aşağıdakı kimidir: 1. Kəmaləddin Heydərov; 2. İsmət Abbasov. Qurumdan daxil olan məlumatda o da bildirilir ki, mart ayının əvvəlində 2013-cü ilin ilk iki ayı ilə bağlı seçkiqabağı ictimai-siyasi durumu əks etdirən sorğu nəticələrini də açıqlayacaqlar… Geri qayıt |