Əsas Səhifə > Ölkə, Manşet > İKİ ÖZƏL ALİ MƏKTƏB HƏDƏFƏ ALINIB

İKİ ÖZƏL ALİ MƏKTƏB HƏDƏFƏ ALINIB


19-02-2013, 12:59
İKİ ÖZƏL ALİ MƏKTƏB HƏDƏFƏ ALINIB
NƏZARƏT ARTIRILIR: YOXLAMALAR BAŞLAYACAQ

DİA.AZ: - Bu arada antikorrupsiya tədbirlərinin gücləndirildiyi də diqqətçəkicidir. Elə vergilər nazirliyinin vəzifəli əməkdaşlarının böyük miqdarda rüşvət alma ittihamı ilə həbs olunması da kifayət qədər böyük rezonansla müşaiyət olunmaqdadır. Və bu proses davam etdirilə bilər.

Nazirlər Kabinetindəki bilgili qaynağın DİA.AZ-a verdiyi xəbərdən belə aydın olur ki, yaxın günlərdə özəl təhsil sektoru ilə bağlı ciddi araşdırmalar həyata keçiriləcək: «Məlumdur ki, bu sektorun vergidən azad edilməsi istiqamətində iş aparılır. Deməli, bu gün hansı özəl ali tədris ocağı fəaliyyətdədirsə, onlar bir növ dövlətin himayəsi altına alınmış olur. Amma təbii ki, bu zaman ortalıqdakı neqativ məqamların aradan qaldırılması şərti ilk yerdə dayanmaqdadır».

Mənbəmiz bildirir ki, konkret olaraq «Təfəkkür» və Bakı Biznes universitetlərilə bağlı ciddi siqnallar daxil olub ki, bu yöndə araşdırmaların, yoxlamaların həyata keçirilməsi nəzərdə tutulur: «Təbii ki, korrupsiya, rüşvətxorluq faktları aşkarlanacaqsa, ən sərt cəzalar veriləcək. Çünki yeni siyasi dönəmin başlıca islahat hədəflərindən biri də məhz təhsil sahəsidir. Hər halda, bu faktor cəmiyyətin də diqqətindən yayınmayıb».

Bütün tərəflərin mövqelərini işıqlandırmağa hazırıq…

Geri qayıt