Əsas Səhifə > Siyasət, Manşet > VASİF TALIBOVDAN RUS AGENTURASINA ŞOK ZƏRBƏ

VASİF TALIBOVDAN RUS AGENTURASINA ŞOK ZƏRBƏ


19-02-2013, 12:00
VASİF TALIBOVDAN RUS AGENTURASINA ŞOK ZƏRBƏ
ABBAS ABBASOVUN NAXÇIVANDA TƏŞKİLATLANMA NİYYƏTİ İFLASA UĞRAYIB

DİA.AZ: - "Milyarderlər klubu" kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının planları haqqında redaksiyamıza maraqlı məlumatlar daxil olub. Bu barədə kifayət qədər bilgili görünən qaynağın DİA.AZ-a ötürdüyü xəbərlərdən belə aydın olur ki, səlində Kremlin hakimiyyətiçi rusiyameyilli qüvvələri müdafiə məqsədilə rəsmi Bakıya bir təzyiq aləti kimi düşündüyü “Milyarderlər klubu” Azərbaycanın ayrı-ayrı böılgələrində də təşkilatlanmağı düşünür.

Əslində belə bir cəhdlər əvvəldən də müşahidə olunmaqda idi. Məsələn, RATİ-nin özünü elan etdiyi ilkin dönəmlərdə qurumun Bakıya emissar yollaması və Qarabağ camaatının tanınmış simaları ilə görüş keçirmələri ilə bağlı məlumatlar yayılmışdı.

DİA.AZ-a daxil olan son məlumatlarda isə RATİ-nin bu dəfə Naxçıvanda təşkilatlanma niyyətindən söz açılır: “Baş nazirin keçmiş müavini Abbas Abbasovun həm ölkə daxilində, həm də xaricə yaxşı tanındığını və əlaqələrə malik olduğunu nəzərə alan "Milyarderlər klubu" Azərbaycanın bütün bölgələrində, eləcə də Naxçıvanda məhz bu adamın əli ilə quruma dayaq yaratmaq cəhdində bulunub.

"Milyarderlər klubu" Naxçıvanda fəaliyyet üçün Abbas Abbasovla yaxın əlaqələrə malik olan, Naxçıvan Muxtar Respublikası Baş nazirinin sabiq müavini - kənd təsərrüfatı naziri Məmməd Abbasovla kontakta girərək niyyətini həyata keçirmək istəyib”.

Mənbəmiz iddia edir ki, amma bu cəhd Məmməd Abbasova baha başa oturub. Belə ki, Naxçıvanın yerli rəhbərliyi əslində Rusiyanın xüsusi xidmət orqanları ilə xəyanətkar izdivaca girən məmuru zərərsizləşdirib: “Abbas Abbasovla xarici ölkələrdən birində görüşən Məmməd Abbasov sonda öz vəzifəsini itirib. Məmməd Abbasov Naxçıvandakı vəzifəsindən buna görə azad edilib. Milliyətçi-mühafizəkar ideologiyanın güclü olduğu Naxçıvanda "Milyarderlər klubu"nun fəaliyyəti başlamadan bele nəticə ilə üzləşməsi çoxları üçün gözlənilməz olub”.


Geri qayıt