Əsas Səhifə > Gündəm, Manşet > RAMİZ MEHDİYEV TARANA GETMƏK ZORUNDADIR

RAMİZ MEHDİYEV TARANA GETMƏK ZORUNDADIR


19-02-2013, 11:43
RAMİZ MEHDİYEV TARANA GETMƏK ZORUNDADIR
PA ŞEFİNİN ADAMI OLAN MÜXALİFƏTÇİ DƏ EYNİ RUHLA TƏLİMAT ALIB

DİA.AZ: - Son günlər hakimiyyət daxilində çox ciddi çalxalanmalar müşahidə olunmaqdadır. Bu barədə DİA.AZ-a daxil olan informasiyalardan belə aydın olur ki, müdafiəyə çəkilmək zorunda qalan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə aid iqtidariçi qanad kifayət qədər ciddi nailiyyətlər əldə edə bilib.

Mənbəmiz iddia edir ki, müxtəlif süni gərginlik ocaqları yaratma yönündə ətrafına tapşırıqlar verən Ramiz Mehdiyev bu yolla ictimai rəyi fərqli istiqamətlərə yönləndirməyə cəhd etməklə yanaşı, həm də iqtidardaxili maraqlarını da güdmüş olur: «Ramiz Mehdiyev illərdir nəzarəti altında saxladığı ictimai-siyasi təşkilatları da ciddi şəkildə təlimatlandırıb. Hətta bu günlərdə müxalifətin çox tanınmış simalarından birinə konkret tapşırıqlar da verilib».

Mənbəmiz iddia edir ki, həmin müxalifət nümayəndəsi ilə bir neçə dəfə görüş olub və bu görüşlər son aylarda davamlı xarakter daşımaqdadır: «Onunla Mehdiyevin adından görüşülür və ona həm maliyyə dəstəyi verilir və həm də yeni təlimatlar. Son olaraq onun diqqətinə çatdırılıb ki, əgər Ramiz Mehdiyev istefaya məcbur edilərsə, o zaman həmin müxalifət nümayəndəsi üçün də arzuolunmaz günlər başlayacaqm və bütün faktlar dəlil-sübutları ilə birgə cəmiyyətə açıqlanacaq».

Məhz bu səbəbdən Mehdiyevin əlinə oynamaq zorunda qalan müxalifət nümayəndəsi bu günlərdə daha da açıq oyunlarda bulunmaq zorunda qalıb ki, bu da təsadüfi deyil. Mənbəmizin iddialarına görə, artıq mehdiyevçi cinah tarana getmək məcburiyyətindədir və verilən bütün təlimatlar da bu qəbildəndir.

Geri qayıt