Əsas Səhifə > Hadisə > MOSKVADA AZƏRBAYCANLI AVTORİTETLƏRİN "SXODKA"SI DAĞIDILDI

MOSKVADA AZƏRBAYCANLI AVTORİTETLƏRİN "SXODKA"SI DAĞIDILDI


19-02-2013, 10:51
MOSKVADA AZƏRBAYCANLI AVTORİTETLƏRİN "SXODKA"SI DAĞIDILDI
50 AVTORİTET SAXLANILDI

Fevralın 18-də axşam saatlarında Moskvadakı iki kafedə “sxodka”ya toplaşmış avtoritetlər saxlanılıb.

Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, Preobarjensk val küçəsində kafeyə Azərbaycan əsilli 50 avtoritet toplaşıb.

Məqsəd onlardan birinə “tac qoyulma”sını mərasimini qeyd etmək olub. Əməliyyat nəticəsində onlardan odlu silahlar götürülüb.


Volokolamsk şosesindəki məkana isə Rusiya və Cənubi Qafqaz ölkələrindən 40-a yaxın “qanuni oğru” gəlib. Polis onlardan da travmatik və döyüş tapançaları götürüb. Saxlanılanların hamısı polis şöbələrinə gətiriliblər.

Geri qayıt