Əsas Səhifə > Hadisə > "ÖLÜMÜMDƏ KİMSƏNİ GÜNAHKAR BİLMƏYİN"

"ÖLÜMÜMDƏ KİMSƏNİ GÜNAHKAR BİLMƏYİN"


19-02-2013, 10:43
"ÖLÜMÜMDƏ KİMSƏNİ GÜNAHKAR BİLMƏYİN"
62 YAŞLI KİŞİ ÖZÜNÜ GÜLLƏLƏDİ

Azərbaycanın Sumqayıt şəhərində intihar hadisəsi baş verib.

Bu barədə APA-ya Şəhər Prokurorluğundan bildirilib.

Hadisə şəhərin köhnə Corat qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 62 yaşlı Ədalət Əbülfət oğlu Quliyev yaşadığı evdə “Vençestr” markalı silahdan başına atəş açaraq özünü öldürüb. Mərhum intihar etməzdən əvvəl məktub yazıb. Məktubda o, ölümündə heç kimin günahı olmadığını qeyd edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Geri qayıt