Əsas Səhifə > Gündəm, Manşet > İCRA BAŞÇISININ HƏDƏFƏ ALDIĞI SAKİNİN HARAYI

İCRA BAŞÇISININ HƏDƏFƏ ALDIĞI SAKİNİN HARAYI


19-02-2013, 09:54
İCRA BAŞÇISININ HƏDƏFƏ ALDIĞI SAKİNİN HARAYI
“CƏNAB PREZİDENT! SİZDƏN ACİZANƏ SURƏTDƏ XAHİŞ EDİRƏM, KÖMƏK EDİN”

DİA.AZ: - Laçın rayonun Şeylanlı kənd sakini Baxışov Müqabil Baxış oğlu redaksiyamıza keçirdiyi narahatçılıq, yaşadığı problemlə bağlı müraciət ünvanlayıb. DİA.AZ-ın elektron poçtuna daxil olan həmin məlumatı olduğu kimi diqqətinizə çatdırırıq:

“Xeyli vaxtdır ki,Laçın Rayon İcra Başçısı R.Cəbrayılovun məni yenidən həbs etdirəcəyi barədə bütün dövlət orqanlarına və KİV-lərə müraciət edirəm. Mən hələ də başa düşə bilmirəm ki, aidiyyatı orqanlar nəyə görə gözləmə mövqeyində dayanırlar ki, R.Cəbrayılov məni həbs etdirsin.

Bu gün Laçın Rayon Məhkəməsindən çağriş almışam. R.Cəbrayılov məni xüsusi ittiham qaydasında məhkəməyə verib. Sözsüz ki, qərar R.Cəbrayılovun xeyrinə olacaq. Mənim səsimin eşidilməməsinin səbəbini bilmirəm. Bəlkə mən bu respublikanın hüquqsuz vətəndaşıyam.

Aidiyyatı dövlət orqanları hansı araşdırmanı apardılar ki, R.Cəbrayılova ölüm hökmümü verməsinə göz yumurlar. Həqiqətən də mənim R.Cəbrayılovun korrupsiya əməllərindən şikayət verməyim cinayətdirsə, o zaman gedib ondan üzr istəyim, imdad diləyim.

Fikirləşirdim ki, cənab Prezidentimiz İlham Əliyevin 12 fevral 2012-ci il tarixdə keçirdiyi müşavirədən sonra R.Cəbrayılov məndən əl çəkər. Təəssüf ki, həmin müşavirədə cənab Prezidentin dediklərini R.Cəbrayılov elə ordaca unudub. Mən sizin internet portalı vastəsiylə R.Cəbrayılova daydayılq edən məmurlara müraciət edirəm.

Sizdən çox xahiş edirəm, R.Cəbrayılova himayədarlıq etməklə iki azyaşlı balamın gözünü yaşlı qoymayın. Heç bir günahım olmadan məni 4 ay 16 gün həbsxanada saxlatdırdınız, üç il şərti cəza verdirdiniz, hüquq-mühafizə orqanlarına bütün əmlakımızı dolayı yollarla əlimizdən aldırdınız… ürəyiniz soyumadımı! Başqa qorxunuz yoxdursa da, barı Allahdan qorxun.

Sonda yenə Cənab Prezidentimiz İ.Əliyevə Müraciət edirəm. Cənab Prezident! Həyatım təhlükə ilə üz-üzə qalıb. Yaxın günlərdə R.Cəbrayılov yuxarı dairələrdə olan daydayılarının köməkliyi ilə məni yenə də həbs etdirəcək. Sizdən çox acizanə xahiş edirəm, mənə köməklik edin”.

Geri qayıt