Əsas Səhifə > Güney Press / Manşet > LAÇININ İCRA BAŞÇISI NƏYİN HESABATINI VERDİ?

LAÇININ İCRA BAŞÇISI NƏYİN HESABATINI VERDİ?


18-02-2013, 16:04
LAÇININ İCRA BAŞÇISI NƏYİN HESABATINI VERDİ?
DİA.AZ: - Neçə müddətdir ki, ayrı-ayrı rayonların icra başçıları hesabat xarakterli toplantılar keçirməkdə, icra başçılarının hesabatları dinlənilməkdədir. İndi isə estafet Laçın rayon icra başçısı Ramiz Cəbrayılova çatıb.

DİA.AZ bildirir ki, digər əksər rayonlarımızdan fərqli olaraq əraziləri işğal altında olan Laçının icra başçısının hesabatının mətni əslində hər kəs üçün maraqlı olardı. Amma gözlənildiyi kimi, Ramiz Cəbrayılov da digər icra başçıları kimi daha çox ayrı-ayrı təşkilatların, dövlət qurumlarının gördükləri işi öz adına çıxaraq rayon icra hakimiyyətinin hesabatında səsləndirib.

Məsələn Ramiz Cəbrayılov hesabatında bildirir ki, Laçın rayonundan olan köçkünlərə Ağcabədi rayonunun Taxtakörpü ərazisində inşa edilmiş 552 ailəlik qəsəbədə evlər paylanılıb. Olsun. Amma dərd orasıdır ki, bu hadisə bir hesabat mətni kimi eyni uğurla həm Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin hesabatında yer alıb, həm də hökumətin hesabatında. Yəni eyni işin üç ayrı-ayrı icraçısı var.

Əslində bu kimi hesabatların çox sadə izahı var: Ayrılan vəsait mənimsənilir, hesabatlarda isə ümumi görülən işlər qeyd olunur. Necə ki, Səbayel rayon icra hakimiyyətinin başçısı Asif Məmmədov В«AvroviziyaВ» yarışması üçün inşa edilən В«Büllur SarayВ»ın, həmçinin Səbayel rayonu ərazisindəki məşhur otellərin tikintisini öz hesabatına daxil edib, eləcə də Ramiz Cəbrayılov xalqa В«do gələnВ» cümlələri bir-birinin ardına düzüb.

Xalqa В«do gəlməkВ» olar eyy… Amma bunu В«yuxarılarınВ» yeməyəcəyi şəkksizdir, cənablar…

Geri qayıt