Əsas Səhifə > Güney Press / Manşet > 10 İCRA BAŞÇISI FAKTİKİ İYNƏ ÜSTÜNDƏ OTURUB

10 İCRA BAŞÇISI FAKTİKİ İYNƏ ÜSTÜNDƏ OTURUB


18-02-2013, 15:36
10 İCRA BAŞÇISI FAKTİKİ İYNƏ ÜSTÜNDƏ OTURUB
DİA.AZ: - Asif Məmmədovun Şamaxının icra başçısı postundan alınmasının ardından mərhələli şəkildə Lerik, Masallı, Cəlilabad, Xətai, Xaçmaz və Nefçala rayon İH başçılarının postundan uzaqlaşdırılması gözlənilir. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetdindəki qaynaqlar məlumat ötürüb.

Qeyd edək ki, hazırda Lerikə Rövşən Bağırov, Neftçalaya İsmayıl Vəliyev ( Kəmaləddin Heydərovun adamı olduğu bildirilir), Masallıya Rafil Hüseynov (vəzifəsində yeni olsa da, Ramiz Mehdiyevin adamı hesab olunur, əvvəllər Prezident Administrasiyasında Ağcabədi rayonu üzrə kurator olub), Cəlilabada Əziz Əzizov, Xaçmaza Şəmsəddin Xanbabayev, Xətai rayonuna isə Razim Məmmədov rəhbərlik edir.

Məlumatı verən qaynaq iddia edir ki, eyni zamanda Qazax, Gədəbəy, Tovuz və Şəmkir rayonlarının icra başçıları da gözlənilən ələmə prosesində vəzifələrini itirə bilərlər.

Geri qayıt