Əsas Səhifə > Ölkə, Manşet > XIRDA TAYFA HAKİMİYYƏTLƏRİ DARMADAĞIN EDİLİR

XIRDA TAYFA HAKİMİYYƏTLƏRİ DARMADAĞIN EDİLİR


18-02-2013, 14:10
XIRDA TAYFA HAKİMİYYƏTLƏRİ DARMADAĞIN EDİLİR
MÜBARİZ ƏHMƏDZADƏ BU HƏFTƏ GÖRƏVDƏN ALINACAQ

DİA.AZ: - «Mübariz Əhmədzadə vəzifəsindən yaxın günlərdə alınacaq və bu qərarla «qardaşlar siyasəti» davam etdirilmiş olacaq». Bu ilginc məlumatı DİA.AZ-a hökumət içindəki qaynaqlar ötürüb. Bildirək ki, bir neçə gün əvvəl İsmayıllının və Şamaxının icra başçıları vəzifələrindən azad edildilər. Belə ki, İsmayıllının icra başçısı postundan alınan Nizami Ələkbərovun qardaşı Füzuli Ələkbərov əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutur. Şamaxının icra başçısı Asif Məmmədov isə tanınmış iş adamı, deputat İqbal Məmmədovun qardaşı idi.

İndi isə sıranın Zaqatala rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadəyə çatdığı bildirilir. Qeyd edək ki, Mübariz Əhmədzadənin qardaşı Əhməd Əhmədzadə də Melorasiya və Su Təsərrüfatı ASC-nin prezidentidir.

Məlumatı verən qaynaq iddia edir ki, son günlər cərəyan edən bu olaylar kimlər üçünsə təsadüft gələ bilər: «Amma bu xırda «hakim ailə»lərin hökmranlığının durdurulması siyasəti kimi qəbul olunmalıdır. Yəni tayfalar hakimiyyətinin sonu çatıb».

Mübariz Əhmədzadənin bu həftə vəzifəsindən alınacağını bildirən mənbəmiz onu da vurğuladı ki, daha bir neçə məmurun da eyni qaydada vəzifəsindən azad ediləcəyi gözlənilir.

Geri qayıt