Əsas Səhifə > Cəmiyyət > KƏMALƏDDİN HEYDƏROVUN FƏALİYYƏTİ ARAŞDIRILIB

KƏMALƏDDİN HEYDƏROVUN FƏALİYYƏTİ ARAŞDIRILIB


18-02-2013, 13:56
ZAQATALA İLƏ BALI HESABAT HAZIRLANIR

DİA.AZ: - “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı Qax- Zaqatala zəlzələ bölgəsində növbəti monitorinq keçirib. DİA.AZ-a daxil olan məlumata görə, monitorinqdə bir sıra media qurumları, o cümlədən “Turan” İnformasiya Agentliyi, “Yeni Musavat”, “Azadlıq”, “Gündəm- xəbər” qəzetləri, eləcə də Obyektiv TV və Azadlıqnews.tv- nin əməkdaşları iştirak edib. Monitorinqin məqsədi 2012- ci ilin may ayında baş vermiş zəlzələ ilə bağlı bölgədə ötən müddət ərzində görülən işlərlə tanış olmaq, mövcud vəziyyəti və insanları narahat edən problemləri öyrənmək, eləcə də FHN tərəfindən tikilib istifadəyə verildiyi bildirilən 2984 evin yaşayış üçün hazır olub- olmamasını dəqiqləşdirmək idi. Monitorinq prosesi ümumlikdə 1 həftə davam edib. “Kür” Cəmiyyətinin media qurumları ilə bölgəyə səfərindən öncə adı çəkilən təşkilatın nümayəndəsi Əfqan Muxtarlı yerli fəallarla birgə bir sıra kəndlərdə monitorinqlər aparıblar.KƏMALƏDDİN HEYDƏROVUN FƏALİYYƏTİ ARAŞDIRILIB
KƏMALƏDDİN HEYDƏROVUN FƏALİYYƏTİ ARAŞDIRILIB
KƏMALƏDDİN HEYDƏROVUN FƏALİYYƏTİ ARAŞDIRILIB

Monitorinq zamanı “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı üzvləri və media nümayəndələri Zaqatalanın zəlzələdən əziyyət çəkən bir sıra kəndlərində olublar. Fövqəladə Hallar Nazirliyinin xətti ilə tikilən evlərə baxış keçiriblər, görülən işlərlə tanış olublar. Yerli sakinlərlə keçirilən görüşdə onları narahat edən məsələlər dinlənilib və fikir mübadiləsi aparılıb. Monitorinqlər zəlzələyə daha çox məruz qalmış Zaqatalanın Faldarlı, Qandax, Aşağı Tala, Yuxarı Tala, Bəhmətli, Muxax, Mamrux, Gözbarax, Yuxarı Çardaxlar, Qımır və digər kəndlərdə keçirilib. Monitorinq prosesini Zaqatala rayon İcra Hakimiyyətinin və Zaqatala rayon Fövqəladə Hallar Qərargahının nümayəndələri müşahidə ediblər. Adı çəkilən qurumlar və yerli polis şöbəsi tərəfindən monitorinqlərə hər hansı müdaxilə və maneçilik qeydə alınmayıb. Monitorinq zamanı Zaqatala RİH başçısının 1- ci müavini Elman Ramazanov, eləcə də icra hakimiyyətinin digər nümayəndələri və rayon Fövqəladə Hallar Qərargahının rəhbərliyi ilə görüşülüb. FHN komissiyasının təsirə məruz qalmış evlərin qiymətləndirilməsi prosesi müşahidə edilib.
Monitorinq zamanı bir sıra kəndlərdə hələ də problemlərin qaldığı, sakinlərin bəzi məsələlərdən şikayətçi olduğu, tikintilərin zəif həyata keçirildiyi, təsirə məruz qalan evlərdə çatların olduğu, eyni zamanda problemlərin aşkarlanması və həlli ilə bağlı FHN- nin müvafiq komissiyalarının evlərə baxış keçirilməsi prosesinin davam etdirildiyi qeydə alınıb.
Monitorinqin əsas predimetlərindən biri də FHN tərəfindən “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına təqdim edilmiş, tikilib istifadəyə verildiyi bildirilən 2984 evin həqiqətən hazır olub- olmaması, həmin evlərdə vətəndaşların yaşayıb yaşamadığını dəqiqləşdirmək olub. Bu istiqamətdə yuxarıda qeyd olunan çoxlu sayda evlərə baxış keçirilib, ev sahibləri ilə görüşülüb və onlardan bu barədə müsahibələr alınıb.
Bütün monitorinq prosesesi “Kür” Vətəndaş Cəmiyyəti və media nümayəndələri tərəfindən video lentə alınıb, mövcud durumu əks etdirən şəkillər çəkilib.
Monitorinq zamanı Zaqatala rayon Faldarlı və digər kəndlərdə olan, tikilib istifadəyə verilmiş kənd orta məktəblərinə baxış keçirilib.
Yaxın günlərdə Qax- Zaqatala zəlzələ bölgəsində ümumi vəziyyət, görülən işlər, mövcud problemlər, bu istiqamətdə ayrılan vəsaitlər, vəsaitlərin xərclənməsində şəffaflıq və səmərəlilik faktoru, tikilən evlərin keyfiyyəti və sayı, eləcə də bir evin tikilməsinə sərf olunan maliyyənin həcmi, həmçinin aparılmış monitorinqin nəticələri təhlil ediləcək. Təhlil və qiymətləndirmələrin, eləcə də monitorinqin yekunu olaraq Hesabat hazırlanıb ictimaiyyətə təqdim olunacaq. Artıq sözü gedən hesabatın hazırlanmasına başlanılıb. “Kür” Cəmiyyəti tərəfindən hazırlanacaq hesabat, eləcə də zəlzələ bölgəsində qeydə alınan uyğunsuzluqlar, mənfi və müsbət məqamlar, yerli sakinləri narahat edən problemlər Fövqəladə Hallar Nazirliyinə və aidiyyatı qurumlara təqdim ediləcək.

Geri qayıt