Əsas Səhifə > Cəmiyyət > MİSİR MƏRDANOVUN İŞÇİSİ İTTİHAM OLUNDU

MİSİR MƏRDANOVUN İŞÇİSİ İTTİHAM OLUNDU


18-02-2013, 12:46
MİSİR MƏRDANOVUN İŞÇİSİ İTTİHAM OLUNDU

Əlövsət Osmanlı: “Bu dərslikləri belə bir vəziyyətdə üzərə çıxaranlar dövlətin və millətin düşmənləridir”

DİA.AZ: - Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı riyaziyyat üzrə fəlsəfə doktoru Əlövsət Osmanlı ilə nazirlik arasında yaşanan problemlərlə bağlı mətbuata açıqlamasında bunları deyib: “Əlövsət Osmanlı artıq 5 ilə yaxındır ki, danışır. O, öz dərsliklərinin səviyyəsindən çox gözəl formada xəbərdardır. Hesab edirəm ki, Əlövsət Osmanlının dərsliklərlə bağlı qaldırdığı məsələlər tamamilə boş şeylərdir”.

Çox gözlətməyib ki, Osmanlı da Şahbazlıya qısa, amma olduqca sərt cavab verib. DİA.AZ onu oxucuların diqqətinə çatdırır: “Hesab edirəm ki, bu, aqoniya vəziyyətində olan Şahbazlının son sayıqlamalarıdır. Artıq hər şey üzə çıxıb. Onun indiyədək üstünə sərilərək müdafiə etdiyi iki əsas dərsliyin – “Azərbaycan dili-1” və “Riyaziyyat-1” dərsliklərinin TQDK ekspertləri tərəfindən istifadəyə yararsızlığı sübuta yetirilib. Bu səbəbdən də adamın psixikası tamamilə pozulub və nə danışdığını bilmir. Düşünürəm ki, onun belə sərsəm fikirlər söyləməsinin əsas səbəblərindən biri də elə budur. Həmişə dediyim sözü Faiq Şahbazlıya bir daha xatırladıram: Bu dərslikləri belə bir vəziyyətdə üzərə çıxaranlar dövlətin və millətin düşmənləridir”.

Geri qayıt