Əsas Səhifə > Siyasət, Manşet > RAMİZ MEHDİYEVİN ƏSAS SİLAHDAŞI «VURULUR»

RAMİZ MEHDİYEVİN ƏSAS SİLAHDAŞI «VURULUR»


18-02-2013, 11:45
RAMİZ MEHDİYEVİN ƏSAS SİLAHDAŞI «VURULUR»
ƏLİ HƏSƏNOV ÇIXDAŞ OLUNUR, HAKİM KOMANDADA ŞOK YENİLİKLƏR

DİA.AZ: - Keçən həftə icra strukturlarının rəhbərləri qarşısında özünün sərt çıxışı ilə diqqətə gələn prezident İlham Əliyev əslində bir çox ünvanlara ciddi ismarıclarını yollamış oldu ki, onların da sırasında ilk yerdə gələni dünənə qədər hakimiyyətin «ortağı», «boz kardinalı» kimi təqdim olunan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev idi.

DİA.AZ-ı bilgiləndirən hökumət içindəki qaynaq iddia edir ki, əslində prezidentin «mən sizi təyin etmişəm» ifadəsini işlətməsi kimlər üçünsə səbəbsiz görünsə də, çox ciddi mesaj idi: «Bununla hər kəsə komandanın liderinin kimliyi başa salınmış oldu. Və bu proses davam edəcək».

Mənbəmizə görə, davamiyyət özünü kardinal kadr islahatları ilə nəzərə çarpdıracaq: «Artıq çoxdandır anons edilən - PA-nın şöbə müdiri Əli Həsənovun istefaya göndərilməsi məsələsi aktuallaşır. Onun əlindən həm iqtisadi və həm də media rıçaqları da alınacaq».

Məlumatı verən qaynaq onu da bildirdi ki, Əli Həsənovun yerinə iki namizəd var və onlardan biri ilə bağlı qərar veriləcək. Qeyd edək ki, bu günlərdə Əli Həsənovun yerinə gənc deputat Fuad Muradovun gətiriləcəyilə bağlı xəbərlər yayılmışdı. Bunun ardından isə keçmiş deputat Anar Axundovun PA-da görəvə gətiriləcəyi xəbəri yayıldı. Hər halda, Əli Həsənovu kimin əvəzləyəcəyi dəqiq olmasa da, onun gedişi ilə bağlı verilən qərarın qətiliyi şübhə doğurmur. Görünür, bir müddət əvvəl mətbuata verdiyi açıqlamasında «mən hələ özüm bilmirəm 1 ay sonra harda olacam» şəklində açıqlama verən Əli Həsənov onu gözləyən aqibətdən xəbərdar imiş…

Geri qayıt