Əsas Səhifə > Siyasət, Manşet > İCRA BAŞÇISI SAHİBKARLARA PUL PAYLAYIR

İCRA BAŞÇISI SAHİBKARLARA PUL PAYLAYIR


18-02-2013, 10:05
İCRA BAŞÇISI SAHİBKARLARA PUL PAYLAYIR
GORANBOYUN ŞEFİ GÖZ DÜZƏLTDİYİ YERDƏ, VURUB QAŞ ÇIXARASI OLUB

DİA.AZ: - Ötən həftə dövlət başçısı İlham Əliyevin məmurları topa tutmasından sonra bir çox kiçik əyalət "padşahları" qorxuya düşüb. Elə bu baxımdan artıq icra başçıları vəzifələrini itərəcəyindən ehtiyyat edib, xüsusilə sahibkarlarları razı salmaq istiqamətində hərəkətə keçiblər. Bunlardan biri isə Goranboyun icra başçısı Nizaməddin Quliyevdir.

Bu barədə DİA.AZ-a daxil olan məlumatlarda bildirilir ki, məlum müşavirədən sonra rayona dönən Nizaməddin Quliyev rayonda son vaxtlar sahibkarlardan yığdığı pulları onlara qaytarmağa başlayıb. Səbəb isə aydındır. Nizaməddin Quliyev hesab edir ki, sahibkarlardan topladığı pulları geri qaytarmaqla özünə bəraət qazana bilər. Amma necə? Məlumatlara görə, icra başçısı sahibkarlardan toplanılan pulları rayonun büdcə təşkilatlarının boynuna qoyub. Goranboy "padşahı" bu yolla ondan "yuxarılara" ünvanlanan şikayətlərin qarşısın almağa cəhd edir. Lakin bunlara baxmayaraq Nizaməddən Quliyevin özbaşınalıqlarından prezident İlham Əliyev kifayyət qədər məlumatlıdır.

Daxil olan məlumatlarda bildirilir ki, növbəti "vurulacaq" icra başçısılarında biri Goranboy padşahı Nizaməddin Quliyev ola bilər. Çünki Prezident Administrasiyasına onun barəsində rayondan xeyli sayda şikayətlər daxil olub. Bundan isə Nizaməddin Quliyev də xəbərsiz deyil. Elə bu səbədən də Nizaməddin Quliyev hal hazırda rayonda müxtəlif vasitələrə əl ataraq prezident İlham Əliyevi aldatmağa çalışır. Güya icra başçısının fəaliyyətindən rayon əhalisi razıdır.

Qeyd edək ki, Goranboyda icra başçısı Nizaməddin Quliyevin hər gün saysız-hesabsız qanunsuz əməlləri barədə kifayət qədər məlumat vermişik. Və məhz onun kiçik "padşah" statusu aldıqdan sonra adıçəkilən rayon viran qoyulub. Rayonun infrastruktur məhv edildi. Bir sözlə, Nizaməddin Quliyev Goranboyda daşı-daşı üstə qoymayıb. Nəqliyyat naziri Ziya Məmmədovun kadrı hesab olunan Goranboyun icra başçısı rayonda zavod və bir sıra strateji əhəmiyyətli dövlət müəssələrini talan etməklə onların bir hissəsini özünün müasir tipli şəxsi fermaların tikilib quraşdırılması üçün aparıb. Qalan hissəsi isə ətraf rayonlarda iş adamlarına satdırılıb. Nizaməddin Quliyev, demək olar ki, Goranboy iqtisadiyyatını məhv edib, fəaliyyətdə olan kiçik hissəni özü və ətrafındakılar üçün özəlləşdirib. Bu da yerlərdə əhalinin haqlı narazılığına səbəb olub.

Xatırladaq ki, bir müddət əvvəl Nizaməddin Quliyev istintaqa çağırılaraq dindirilməsi barədə xəbərlər yayıldı. Səbəb isə onun adı Goranboy rayon mərkəzi xəstəxanasının intihar etmiş sabiq baş həkimi Faiq Abdullayevin ölümündə günahkar kimi hallanması idi. İcra başçısı istintaqa da bu səbəbdən cəlb edilmişdi.

Məlumat üçün bildirək ki, Goranboy RİH başçısının I müavini Baxış Abdullayev, icra başçısının elm, təhsil, mədəniyyət və səhiyyə məsələləri üzrə müavini Elçin İsmayılov, Goranboy rayon mərkəzi xəstəxanasının baş həkimi Rüstəm Budaqov və Goranboy Rayon Maliyyə İdarəsinin rəhbəri İltifat Sadıqov da bir müddət öncə F.Abdullayevin ölümü ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilmişdilər. Hətta Faiq Abdullayevin ölümündə onun həyat yoldaşı Gülnarə Abdullayeva icra başçısı N.Quliyevi günahlandırırdı.

Yada salaq ki, hadisə baş verən gün yüzlərlə goranboylu xəstəxanaya toplaşarkən N.Quliyev və B.Abdullayev hadisə yerinə olublar. İcra başçısı və müavininin ora gəldiyini görən mərhumun həyat yoldaşı üzünü onlara tutaraq “60 min dollar sizə bəs etmədimi, gecələr evə də zəng vurub pulun qalanının nə yerdə olduğunu soruşurdunuz” demişdi. G.Abdullayeva həyat yoldaşının ölümündən sonra N.Quliyevin onların üstünə bir neçə adam göndərərək bu işdən əl çəkmələri üçün təzyiq etdiyini, icra başçısının onlara 60-70 min manat ziyan vurduğunu da söyləmişdi.

Geri qayıt