Əsas Səhifə > Güney Press / Manşet > AZTV ŞEFİNİ MEHDİYEVİN ADAMI KİMİ VURURLAR

AZTV ŞEFİNİ MEHDİYEVİN ADAMI KİMİ VURURLAR


15-02-2013, 15:42
AZTV ŞEFİNİ MEHDİYEVİN ADAMI KİMİ VURURLAR
DİA.AZ: - Bu gün parlament tribunasından ünvanına ittihamlar gələn Azərbaycan Dövlət Teleradio şirkətinin rəhbərliyi ilə bağlı redaksiyamıza ilginc məlumat daxil olub. Bilgili qaynaqlardan DİA.AZ-a ötürülən xəbərlərdən aydın olur ki, yaxın günlərdə AzTV rəhbəri postunda da dəyişiklik olacaq.

Xatırladaq ki, bir neçə gün əvvəl AzTV də daxil olmaqla bir neçə telekanala Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə bağlı materialların verilməsində məhdudiyyətin qoyulması ilə bağlı təlimatın verildiyi barədə məlumat yaymışdıq.

Məlumatlı mənbə DİA.AZ-a bildirib ki, amma məsələ bununla da bitməyib. Və AzTV-nin rəhbəri Arif Alışanovun məhz Ramiz Mehdiyevin adamı olması faktı mühüm rol oynayıb. Mənbənin söylədikləri:

В«Arif Alışanov birbaşa olaraq PA şefi tərəfindən dəstəklənir. Doğrudur, zamanında o, hakimiyyətiçi kürd qruplaşmasının nümayəndəsi kimi təqdim olundu. Doğrudur, sonradan bu məsələyə Arif Alışanovun özü də reaksiya verdi və mətbuata verdiyi müsahibəsində В«tərtəmiz türkəmВ» açıqlamısını verməklə kürd qruplaşmasına aid olmadığını ifadə etmişdiВ».

Mənbəmiz qeyd edib ki, indi isə Arif Alışanovun görəvdən alınma dönəmi yetişib. Bildirək ki, hələlik onun yerinə kimin təyin ediləcəyi bildirilməsə də, həmin posta namizədlər arasında gənc bir namizədin də adı var. Və bu barədə dəqiqləşdirmələr apardıqdan sonra diqqətinizə əlavə bilgiləri çatdıracağıq.

Geri qayıt