Əsas Səhifə > Hadisə > BAKIDA QAÇQINLAR ETİRAZ AKSİYASINA ƏL ATDILAR
BAKIDA QAÇQINLAR ETİRAZ AKSİYASINA ƏL ATDILAR15-02-2013, 10:36 |
NARAZILAR YOLU BAĞLAYIBLAR Bakının Yasamal rayonu ərazisində məcburi köçkünlər etiraz aksiyası keçirir. Onlar Tbilisi prospektində, Nəqliyyat Nazirliyilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin binasının qarşısındakı yolu bağlayıblar. Hazırda ərazidə polis qüvvələri yolu açmağa çalışırlar. Hələlik məcburi köçkünlərin yolu nə səbəbə kəsməsi məlum deyil. Məlumat Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən verilib. /anspress/ Geri qayıt |