Əsas Səhifə > Hadisə > BAKI BULVARINDA DƏHŞƏTLİ İNTİHAR
BAKI BULVARINDA DƏHŞƏTLİ İNTİHAR15-02-2013, 10:05 |
HAMININ GÖZÜ QARŞISINDA CANINA QIYDI Fevralın 14-də Bakıda dəhşətli intihar hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 19:30 radələrində Dənizkənarı Milli Park ərazisində, “Park Bulvar” ticarət və əyləncə mərkəzinin yaxınlığında 1967-ci il təvəllüdlü Xəlilov Etibar Məsim oğlu özünü dənizə atıb. Paytaxtın Suraxanı rayon Yeni Günəşli qəsəbəsi, V yaşayış massivi ev 22, mənzil 103-də yaşayan 45 yaşlı şəxs parkda olan insanların gözü önündə qışqıraraq dənizə atılıb. Onun meyiti sudan çıxarılıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Geri qayıt |