Əsas Səhifə > Hadisə > PARTİYA SƏDRİ HƏBS QƏRARINI ALQIŞLAYIR
PARTİYA SƏDRİ HƏBS QƏRARINI ALQIŞLAYIR14-02-2013, 13:03 |
"VAXTINDA VERİLMİŞ QƏRARDIR" Azərbaycan hüquqi dövlətdir. Hüquqi dövlətdə həbs üçün əsaslar yoxdursa, baş vermiş hadisə araşdırılmayıbsa, kimisə dərhal həbs etmək olmaz. Bu fikirləri açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli sabiq millət vəkili Gülər Əhmədovanın həbs olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, sabiq millət vəkilinin həbsi hüquqi araşdırmalar aparılandan sonra həyata keçirilib: “Azərbaycan demokratik, hüquqi dövlət olduğu üçün həbs istintaqın əlində tutarlı dəlillər olduqdan sonra həyata keçirilib. Yalnız qeyri-demokratik dövlətlərdə özbaşına kimi gəldi tuturlar. Bu qərar vaxtında və hüquqi baxımdan düzgün verilmiş qərardır”. M,Səfərli Elşad Abdullayev və bəzi müxalifət dairələrinin Gülər Əhmədovanın həbsi ilə bağlı verilmiş qərarın gecikmiş tədbir olması ilə bağlı verdikləri açıqlamalara da münasibət bildirdi: “Bu qərarı gecikmiş qərar kimi qiymətləndirmək olmaz. Müxalifət çalışır ki, baş verən istənilən hadisədən öz siyasi məqsədləri üçün istifadə etsin. Hesab edirəm ki, bu düzgün deyil. Müxalifət siyasi fəaliyyətlə məşğul olmalıdır. İstənilən hüquqi, demokratik dövlətin ərazisində müxtəlif hadisələr baş verə bilər. Xarici ölkələrə baxsaq görərik ki, heç bir müxalifət partiyası bu hadisələrdən öz məqsədləri üçün istifadə etmir. Onların belə hadisələrdən siyasi məqsədləri üçün istifadə etmələri ondan irəli gəlir ki, Azərbaycan müxalifəti normal siyasi fəaliyyət qura bilmir”. //SİA Geri qayıt |