Əsas Səhifə > Gündəm, Manşet > BÖYÜK GÜCƏ ÇEVRİLƏN FHN ŞEFİ ƏSLİNDƏ KİMDİR?

BÖYÜK GÜCƏ ÇEVRİLƏN FHN ŞEFİ ƏSLİNDƏ KİMDİR?


14-02-2013, 11:58
BÖYÜK GÜCƏ ÇEVRİLƏN FHN ŞEFİ ƏSLİNDƏ KİMDİR?
KƏMALƏDDİN HEYƏROVUN YAXINLARI ONU BAŞ NAZİR KİMİ GÖRÜRLƏR

DİA.AZ: - Dünən fövqəladə hallar naziri Kəmaləddin Heydərov haqqında ilginc faktlar açıqlayacağımızı bəyan etmişdik. Beləliklə, mötəbər mənbədən DİA.AZ-a daxil olan informasiyaların yeni bölümlərini diqqətinizə çatdırırıq:

FÖVQƏLNAZİRİN YAXINLARI DEYİR Kİ, HEYDƏROV BAŞ NAZİR POSTUNA OTURMAYINCA ÖLKƏ İQTİSADİYYATI DÜZƏLMƏYƏCƏK

Hamı bilir ki, bu ölkədə korrupsiyanın ən böyük yuvalarından biri Dövlət Gömrük Komitəsidir və DGK sistemində korrupsiyanın əsasını məhz Kəmaləddin Heydərov qoyub. Kəmalləddin Heydərovun ətrafı bunu «idarəçilik sistemi» adlandırır. Hətta onlar məclislərdə bunu da deməkdən çəkinmirlər ki, Kəmaləddin Heydərov baş nazir vəzifəsində oturmayınca ölkə iqtisadiyyatı düzəlməyəcək. Kəmaləddin Heydərovun «çörəkverən» obrazını formalaşdırmağa çalışan ətrafı hər yerdə onun xeyirxahlığından danışır və altdan-altan öz ideyalarını yeritməyə çalışırlar. Bundan isə sözsüz ki, ölkə rəhbərliyi məlumatsız deyil.

ZAQATALA BARIT ÇƏLLƏYİNİ XATIRLADIR

Hansı ki, məhz həmin “xeyirxah” Kəmaləddin Heydərovun «sayəsində» bu gün Zaqatala camaatı barıt çəlləyini xatırladır. Dövlət tərəfindən zəlzələdə zərərçəkmişlərə evlər tikmək üçün 234 milyon manat ayrılsa da, cuzi işlər görülməklə vəsait havaya sovrulub. Halbuki Türkiyədə baş verən dağıdıcı Van zəlzələsinə görə türk hökuməti 150 milyon pul ayırdı, bununla isə bütün Van böyüklükdə regionu yenidən tikdilər.

Zaqatalanın bir neçə kəndində dağılmış evləri təmir etmək və yenisini tikmək üçün isə 234 milyon manat «kifayət etməyib». Təsəvvür edin, bu gün özəl şirkətlər tərəfindən Xırdalanda və başqa yerlərdə 2 mərtəbəli evlər tikilərək hazır vəziyyətdə, özü də «kupçası» ilə birgə 30 min manata satılır. Bu qiymətlə götürsək 234 milyona Zakatalada 10 minə qədər ev tikmək olar. Hansı ki, Zakatalada bunun onda biri həyata keçirilməyib.

Əlbəttə ki, Kəmaləddin Heydərovun sayəsində. Fövqəlnazir yeganə vəzifəli şəxsdir ki, prezidentin heç bir dövlət qrumunun rəhbərinin işini tərifləməsini istəmir və buna qısqanclıqla yanaşır. Eyni zaman da həmin dəqiqədən o məmura qarşı düşmənə çevrilir. Elə bu səbəbdəndir ki, heç bir məmur Kəmaləddin Heydərovu sevmir və ona yaxın olan nazirlər də üzdə özünü kamalçı kimi göstərir. Əslində isə söyüşkən olan Kəmaləddin Heydərovu səmimi qəlbdən sevmək mümkün deyil.

KƏMALLƏDDİN HEYDƏROVUN 15 MİLYARD PULU VAR

Hakimiyyət daxilində kimin nə qədər varidatının olduğu da çoxlarına məlumdur. Kəmaləddin Heydərovun 15 milyard dollar pulu var. Bu da təkzibolunmaz faktdır. Oğlu Tale Heydərovun isə varidatı 5 milyarda qədərdir. Digər oğlu Nicatın da böyük sərvəti var. Bu fakt ölkə rəhbərlyindəki çox adama bəllidir. Bununla yanaşı Kəmaləddin Heydərov Rusiyada yaradılan “milyarderlər ittifaqı” ilə əlaqələri də artıq gizlədə bilmir. Onlara həm maddi, həm də digər formalarda dəstək verməsi barədə siqnallar çoxalmağa başlayıb.
Araşdırmalarımız davam edir. Bizi izləyin...

Geri qayıt