Əsas Səhifə > Gündəm, Manşet > GÜLƏR ƏHMƏDOVA NƏDƏN HƏBS OLUNASI OLDU?

GÜLƏR ƏHMƏDOVA NƏDƏN HƏBS OLUNASI OLDU?


14-02-2013, 09:37
GÜLƏR ƏHMƏDOVA NƏDƏN HƏBS OLUNASI OLDU?
ONUN GECİKMİŞ HƏBSİ İLƏ BAĞLI İLGİNC XƏBƏRLƏR YAYILDI: ÖZÜ İSTƏDİ

DİA.AZ: - Məlum olduğu kimi, dünən Gülər Əhmədova barəsində verilən 2 aylıq həbs qərarı ilə istintaq təcridxanasına aparılıb. Maraqlıdır ki, eyni təcridxanada Gülər Əhmədovanın iddiası əsasında həbs edilən "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı da saxlanılır.

Xatırladaq ki, fəaliyyəti dayandırılımış Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin məlum videobombardmanının ilk günlərində açıq hədəfə mevrilən Gülər Əhmədovanın deputat mandatı əlindən alındı və o, hakim partiyanın sıralarından xaric edildi. Bir neçə gün əvvəl isə Gülər Əhmədova Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun "Gülər Əhmədovanın nənəsi ermənidir" fikrinə reaksiya verərkən heç də bu faktı təkzib etmədi. Əksinə, faktı qəbul etməklə yanaşı hətta hədələrə də keçdi.

Onu da bildirək ki, bu barədə danışan ABU-nun sabiq rektoru bildirib ki, Gülər Əhmədovanın həbsi qərarı gecikmiş bir addımdır. Amma bu addım atılmaya da bilərmiş.

Bu barədə DİA.AZ-a məlumat verən mötəbər mənbənin sözlərindən belə aydın olur ki, əslində Gülər Əhmədovanın barəsində bir neçə gün əvvələ qədər qəti hökm olmayıbmış: «Onun Tağı Əhmədova cavab verərkən anası, arvadı Azərbaycanda 20 Yanvar qətliamını törətmiş rus millətindən olan məmurlara üstüörtülü hədə yollaması, açıq şantajda bulunması dünənə qədər Gülər Əhmədovanı himayə edən qüvvələrin onun arxasından çəkilməsilə nəticələnib».

Onu da xatırladaq ki, Gülər Əhmədovanın bu günə qədər məhz şantajın hesabına azadlıqda qaldığı da iddia olunur. Elə yerli mətbuatda yazılanlardan da bu anlaşılır. Bir müddət əvvəl KİV-lərdə belə bir informasiya yayılmışdı ki, Gülər Əhmədovanın əlində şantaj xarakterli materiallar var və həmin materialları ifşa edib, açıqlaya bilər. Hətta həmin materialların bir neçə surətinin ayrı-ayrı ölkələrdə olduğu da söylənilirdi.

Mənbəmiz isə bildirir ki, təbii ki, Gülər Əhmədovanın həbsindən sonra nələrsə dəyişməlidir: «Əks reaksiyalar ola bilər. Gülər Əhmədova kifayət qədər informasiyalı bir adamdır ki, buna kimsənin şübhəsi yoxdur. Dünənə qədər Ramiz Mehdiyevin adından bazarlıq edən keçmiş deputat da sumayacaq. Elə üzəryinə edilən hücumların fonunda da kifayət qədər müqavimət ortaya qoydu. İndi isə artıq onun itirməyə heç nəyi qalmayıb və danışacaq, ən azından kənarda olduğu iddia olunan faktlar söyləniləcək».

Mənbəmiz bildirir ki, Gülər Əhmədovanın həbs olunmasına müqavimət göstərən iqtidardaxili qüvvələr onun bu hücumlarına da hazır olmalıdırlar: «Gülər Əhmədova kimləri hədələyib, bu hamıya məlumdur. İndi isə həmin dairələr keçmiş deputatın arxasından çəkildikləri kimi, əks-hücumlara da hazır olmalıdırlar».

Geri qayıt