Əsas Səhifə > Güney Press / Manşet > RAMİZ MEHDİYEVİN YOXLUĞU ŞAİYƏLƏRƏ NƏDƏN OLUB

RAMİZ MEHDİYEVİN YOXLUĞU ŞAİYƏLƏRƏ NƏDƏN OLUB


13-02-2013, 18:50
RAMİZ MEHDİYEVİN YOXLUĞU ŞAİYƏLƏRƏ NƏDƏN OLUB
DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin hal-hazırda 4 günlük məzuniyyətdə olması səbəbindən işə çıxmadığı məlum olub. Hər halda, PA rəhbərinin iki mühüm tədbirə - AMEA-nın mərhum prezidenti Mahmud Kərimovun dəfn törəninə və dünənki müşavirəyə qatılmamasını PA-nın şöbə müdiri Əli Həsənov bu şəkildə əsaslandırıb.

Onu da bildirək ki, PA şefinin gözlənilmədən məzuniyyətət çıxması müəyyən şaiyələrin yayılmasına da nədən olub. DİA.AZ olaraq həmin yayılan xəbərləri diqqətinizə təqdim edirik. Məsələn, bəzi xəbərlərdə bildirilir ki, Ramiz Mehdiyev В«məzuniyyətəВ» çıxmamışdan əvvəl istefa ərizəsini yazıb. Bu xəbəri yayanlar prezidentin dünənki müşavirədə dəmir yumruq nümayiş etdirməsini əsas gətirərək hər kəsə В«sizi mən təyin etmişəm, mən də çıxara bilərəmВ» mesajını ötürməsilə də əsaslandırırlar. Yəni prezident artıq onun təkhakimiyyətliliyini şübhəyə alanlara yerini göstərmiş oldu.

Digər bir qaynaqlar isə Ramiz Mehdiyevin müalicədə olduğunu bildirirlər. Yəni çoxdandır ki, PA rəhbəri xəstəlikdən əziyyət çəkir və hətta keçən ilin sentyabr ayında onun əməliyyat olunduğu da söylənilir. Bu səbəbdən məzuniyyətin nədəni kimi məhz qeyd olunan məsələ irəli sürülməkdədir.

Hər halda, son günlərin əsas hədəfi kimi diqqətə gələn Ramiz Mehdiyevin çox mühüm bir tədbirdən qalması olduqca ciddi proseslərin təzahürü kimi qəbul edilir ki, bunda da kifayət qədər ciddi əsaslar var.

Geri qayıt