Əsas Səhifə > Güney Press / Manşet > KƏMALƏDDİN HEYDƏROV HAQDA ŞOK FAKTLAR
KƏMALƏDDİN HEYDƏROV HAQDA ŞOK FAKTLAR13-02-2013, 18:13 |
![]() PREZİDENT SON ÇIXIŞINDA ƏSLİNDƏ ÜZÜNÜ “FÖVQƏLNAZİRƏ” TUTMUŞDU DİA.AZ: - Bu gün hamını bir sual düşündürür. Prezidunt İlham Əliyev son çıxışında В«əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq, nadanlıq edib, özünü apara bilmir, o adam həbs ediləcək, kim bunu edir, bilir ki, mən kimi nəzərdə tuturamВ» deyəndə əsasən hansı yüksək vəzifəli məmuru nəzərdə tuturdu? Sözsüz ki, bu çıxışda İsmayıllı hadisələrinin rolu böyükdür. Amma prezident bir neçə dəfə В«ailə üzvləri, qohumlarıВ» ifadəsini işlətdi və bu da yersiz deyil. Prezidentin əsas nəzərdə tutduğu adam əslində Kəmaləddin Heydərov idi. Səbəb isə Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərovdur. DİA.AZ-a daxil olan məlumatlarda belə deyilir… YASAMALDA ATA VƏ OĞLU KƏMALƏDDİN HEYDƏROVUN QARDAŞI SƏMƏD GÜLLƏLƏYİB Xəbər verildiyi kimi fevralın 6-da Yasamal rayonu Zahid Xəliliov küçəsində yerləşən В«ElbaroВ» adlı elit restoranda ata, oğlu Məmmədov Aydın Akif oğlu və Məmmədov Emin Aydın oğlu ayaqlarından güllələnib. Əslində onları güllələyən məhz Kəmaləddin Heydərovun qardaşı Səməd Heydərov olub. Hadisə isə heç nəyin üstündə baş verib. Güllələnən tanınmış zərgər Məmmədovlar ailənin xanım üzvünün ad gününü qeyd edirmişlər və ana mahnısını sifariş veriblər və bu mahnı Səməd Heydərovun xoşuna gəlməyib, yaranan mübahisə zəminində isə o silaha əl atıb. Bu azmış kimi hadisə yerinə gələn polisləri söyərək qovalayıb. Güllələnənlərin qohumlarına isə səsini qaldıraraq В«mən vurmuşam, əcəb etmişəm, kimin sözü var çıxsın qabağaВ» deyərək əsl qoçuluq nümayiş etdirib. Maraqlısı burasındadır ki, Məmmədovları Səməd Heydərov vursa da iş 28-xi polis bölməsində başqasının adına sənədləşdirilib. Yəni onun yerinə Samir Həsənov adlı şəxs tutulub və cinayəti üstünə götürüb. 5 gün sonra isə Samir Həsənov da cərimə ödəyərək azadlığa çıxıb. Arada isə Aydın Məmmədov və oğlu Emin Məmmədov yaralanıb və qanları batırılıb. 20 yaşlı Emin Məmmədovun ayağından aldığı güllə yarasına görə sümüyü 6 sm kəsilib və o şikəst qalıb. Çox hörmətli və sayılıb-seçilən nəsilin nümayəndələrinə qarşı bu cür В«bezpridellikВ» prezidenti bərk qəzəbləndirib və o da məlum xəbərdarlıqları etməyə məcbur olub. Bundan əlavə Kəmaləddin Heydərov barədə dolaşan başqa söhbətlər və gələn məlumatlar da onun vəziyyətini qəlizləşdirib. Bu barədə sizlərə daha ilginc faktları çatdıracağıq. Bizi izləməkdə davam edin… Geri qayıt |