Əsas Səhifə > Gündəm, Manşet > DAHA BİR ŞOK MANDAT BAZARLIĞI FAKTI AŞKARLANDI
DAHA BİR ŞOK MANDAT BAZARLIĞI FAKTI AŞKARLANDI13-02-2013, 10:24 |
BU DƏFƏ ABŞERONUN İCRA BAŞÇISI PREZİDENTİN ADINDAN ALVER EDİR DİA.AZ: - Abşeron rayon icra başçısı Zakir Fərəcovla bağlı ilginc məlumatlar daxil olub. DİA.AZ bildirir ki, bu barədə "AzeriNews.org" portalı xəbər yayıb. Bununla yanaşı Zakir Fərəcovun parlament seçkiləri zamanı apardığı sövdələşmələrin lent yazısına da malik olduqlarını bildirən portal əməkdaşları həmin lent yazısında icra başçısı dövlət başçısının İlham Əliyevin adını xüsusilə hallandırdığını da qeyd edirlər. Məlumatda deyilir: “O, 2010-cü il parlament seçkilərində 121-saylı dairədən namizəd olmuş Günel İsimxanovanın həyat yoldaşı, eyni zamanda keçmiş namizədin vəkili olmuş Rauf Talib oğlu İsimxanov ilə Zakir Fərəcovun sövdələşmələri zamanı icra başçısı İlham Əliyevlə dost olduğunu bildirib və Rauf İsimxanovdan həyat yoldaşı Günel İsimxanovun namizədliyinin geri götürməsini tələb edib. Çünki Zakir Fərəcov eyni dairədən namizədliyini irəli sürmüş qardaşı Nazim Fərəcovun artıq mandat alması barədə "yuxarılarla" razılığa gəldiyini bildirib. Elə bu baxımdan da Günel İsimxanovanın mandat qazanmasını icra başçı absurd sayıb. Maraqlıdır ki, Zakir Fərəcov namizədə və onun həyat yoldaşına Xırdalanda mənzil və külli miqdarda pul vəd verib. Amma seçki başa çatdıqdan sonra icra başçısı vədinə əməl etməyib. Məsələ ilə bağlı redaksiyamıza müraciət edən R.İsimxanov bildirir ki, icra başçısı onu yanına çağıraraq danışıqlara başlayıb. Ancaq R.İsimxanov ehtiyyat etdiyindən icra başçısı ilə sövdələşmənin səs yazısın mobil telefonu vasitəsilə yazıb. R.İsimxanov qeyd edir ki, Abşeronun icra başçısı həyat yoldaşının deputatlığa namizdəliyindən narahatlıq keçirib. Çünki onlar parlament seçiklərində təbliğatlarını güclü aparıblar. Bu isə eyni dairədən olan Nazim Fərəcovu da narahat edib. Görünür elə bu baxımdan da Nazim Fərəcov qardaşı Zakir Fərəcova məsələni yoluna qoymaq üçün xahiş edib: "121 saylı Laçın seçki dairəsindən deputatlığa namizəd Günel İsimxanovanın vəkili olmuşam. Namizədin seçkilərdə iştirakı təsdiq olunduqdan sonra, təbliğat-təşviqat kampaniyasına start verildiyi müddətdə biz laçınlıların məskunlaşdığı 100 məntəqədən 80-ə yaxın məntəqədə olduğumuzdan bizim seçkilərlə bağlı təbliğatımız çox yaxşı nəticələrə səbəb oldu. Bu qədər yüksək göstəricilərlə bizim seçkilərdə qalib gəlməməyimizin yeganə səbəb ancaq saxtakarlıq, saxtakarlıq yolu ilə semiciləri ələ almaq kimi proseslər dura bilərdi. Seçkilərdə deputatlığa namizdə olmuş Nazim Fərəc oğlu Fərəcovun deputat seçilməsinin səbəbi əvvəlcədən planlaşdırılmış saxtakarlıq olub. Biz seçkilərdə məğlub olmağımıza baxmayaraq bununla bağlı Avropa Məhkəməsinə, seçkilərin saxta keçirildiyini, 121 saylı Laçın Seçki Dairəsindən seçilən namizəd Nazim Fərəcovun saxta yolla seçildiyini subut etmək tələbi ilə müraciət etmək və bu işdə qələbə qazanacağımıza əmin idik. Nazim Fərəcov millət vəkili seçilsə belə, seçkilərdə Günel İsimxanovanın real qalib gəldiyi Nazim Fərəcovun qardaşı, Abşeron İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov həm də bizi seçkilərdən sonra icra hakimiyyətinin binasında görüşə dəvət edərək, qardaşının məhz onun tapşırığı ilə seçildiyini, bu işdə onun əli olduğunu və prezident İlham Əliyevə yaxın şəxs olduğunu bildirdi. Görüş zamanı Zakir Fərəcov özündən razı halda "hara istəyirsizin şikayət edin. Onsuz da bir nəticə verməyəcək" deməsi saxtakarlığın və vəzifəsindən sui-istifadə hallarına yol verilməsini bir daha subut edir. Hətta Zakir Fərəcov bizə seçkiləri ört-basdır etmək üçün 2 otaqlı mənzil də söz vermişdi. Bunlar isə hamısı Nazim Fərəcovun saxta yolla deputat olması üçün planlı şəkildə atılmış addımdır". R.İsimxanov sonda saytımız vasitəsilə məsələnin ictimailəşməsini və qanunsuzluqların üzə çıxarılması, eyni zamanda Zakir Fərəcovun özbaşınalıqları, İlham Əliyevin adından müdhiş dələduzluq əməllərinin müvafiq dövlət qurumlarının diqqətinə çatdırmaq istəyir. Məsələ ilə bağlı Abşeron rayon icra başçısı Zakir Fərəcovun mövqeyini öyrənmək üçün onun mobil telefonununa dəfələrlə zəng vursaq da cavab verən olmadı. Buna baxmayaraq qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq”. Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq... Geri qayıt |