Əsas Səhifə > Cəmiyyət, Manşet > PA ŞEFİ MANDAT ALVERİNDƏN NƏ QƏDƏR QAZANIB?

PA ŞEFİ MANDAT ALVERİNDƏN NƏ QƏDƏR QAZANIB?


12-02-2013, 15:05
PA ŞEFİ MANDAT ALVERİNDƏN NƏ QƏDƏR QAZANIB?
HAKİMİYYƏT İNDİ BUNU ARAŞDIRIR

DİA.AZ: - «Ramiz Mehdiyev vəzifəsindən özü gedəcək və bu hadisə də onun istədiyi vaxt baş tutacaq». Bu ilginc açıqlamanı DİA.AZ-a Prezident Administrasiyasına yaxın şəxs verib. Həmsöhbətimiz son günlər PA-nın rəhbəri Ramiz Mehdiyevə qarşı ciddi hərəkətlənmənin olduğunu təsdiqləməklə yanaşı, əlavə etdi ki, proses bu gün nə qədər Ramiz Mehdiyevə qarşı çevrilsə də, o, üzərinə edilən basqıları parçalayıb, bütün hakim düşərgəni hədəfə çevirməyi bacarır və belə də davranmaqdadır.

Mənbəmizə görə, Ramiz Mehdiyev bu ilin sonlarına qədər gedə bilər: «Onun may ayında istefaa məcbur edilməsi də gözlənilir. Amma istənilən halda Ramiz Mehdiyev 2013-cü il prezident seçkilərindən sonraya saxlanılmayacaq. Bunun səbəbləri heç də mətbuatda izah olunan kimi deyil. Nədənsə hər kəs Mehdiyevin «boz kardinal» mahiyyətini unudur. Məsələ bundadır və İlham Əliyev əslində öz hakimiyyətini möhkəmləndirmə yolunda qəti addımlar atmaq niyyətindədir. Burada hansısa digər hakimiyyətiçi qruplaşmanın zərbə vuran tərəf kimi göstərilməsi mənasızdır».

Mənbəmizin sözlərindən o da aydın oldu ki, Ramiz Mehdiyevin Elşad Abdullayevin açıqladığı videofaktlar çox ciddi sarsıdıb: «Hər halda, bu, asanlıqla müşahidə olunur. Həqiqətən də PA rəhbəri ciddi zərbələr aldı. İndi onun vəzifə başında saxlanılması bir yana, hətta qalarsa, hansısa seçki prosesinə müdaxiləsi belə yolverilməz olacaq. Çünki artıq onun hər seçki prosesindən külli miqdarda qazancla çıxdığı da tam olaraq təsdiqlənib».

Mənbəmiz bildirdi ki, Ramiz Mehdiyev tək Elşad Abdullayevlə mandat bazarlığına getməyib: «Təxmini olaraq 2010-cu il parlament seçkilərindən Ramiz Mehdiyevin 80 milyon manata yaxın qazanc əldə etdiyi güman olunur. Hələlik bu yöndə araşdırmalar aparılır. Kimsə düşünməsin ki, açıqlanan faktlar torpağa gömülür. Məsələ tamam fərqlidir. Bundan əvvəl də Ramiz Mehdiyev bazarlıqlar edilib və həmin maliyyənin harada olduğu da aydınlaşdırılacaq».

Geri qayıt