Əsas Səhifə > Cəmiyyət, Manşet > FHN ŞEFİ ZAQATALADA ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ

FHN ŞEFİ ZAQATALADA ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ


12-02-2013, 14:41
FHN ŞEFİ ZAQATALADA ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ
KƏND SAKİNİ NAZİRDƏN 10 MİN MANAT PUL İSTƏDİ

DİA.AZ: - Məlum olduğu kimi, bu gün Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatalada yerli sakinlərlə görüşüb. Rayondakı qaynaqların DİA.AZ-a verdiyi məlumata görə, görüşlərin birində insident də baş verib. Belə ki, FHN şefi arzuolunmaz bir olayla rastlanıb.

Mənbə bildirir ki, nazir Gözbarax və Mamrux kəndlərindən sonra rayonun Çobankol kəndində də olub. Çobankol kənd mədəniyyət evində ətraf kəndlərin sakinləri ilə də görüşən K. Heydərov onların şikayətlərini dinləyib. Nazir yerli sakinlər tərəfindən səslənən bəzi məsələlərin araşdırılması üçün lazımi tapşırıqlar verib.

Lakin görüş zamanı yerli sakinlərlə FHN şefinin arasında polemika yaşanıb və sakinlərdən biri bildirib ki, nazirin vədlərinə inanmır: «Təxminən 70 yaşlı Çobankol sakini nazirə deyib ki, onsuz da nazir geri qayıdandan sonra hər şey unudulacaq və yerli məmurlar da onların şikayətlərini dinləmirlər. Bu zaman nazir vəd edib ki, belə bir şey bir daha təkrarlanmayacaq. Bu zaman kənd sakini nazirdən evinin bərpa olunması üçün şəxsən 10 min manat pul istəyib. Amma nazir bildirib ki, evlərin bərpasını o yox, dövlət maliyyələşdirir və bundan sonra Kəmaləddin Heydərov ərazidən uzaqlaşıb. İndi hər kəs həmin kəndlinin yerli icra qurumları tərəfindən incidiləcəyini təxmin edir».

Onu da bildirək ki, Zaqatalanın ardından K. Heydərovun bu gün Balakən rayonunda da yerli sakinlərlə görüşü gözlənilir.

Geri qayıt