Əsas Səhifə > Partiya > VASİF TALIBOV MÜXALİFƏTİN QƏNİMİDİR
VASİF TALIBOV MÜXALİFƏTİN QƏNİMİDİR23-11-2011, 12:42 |
NAXÇIVAN CƏBHƏÇİLƏR YENİDƏN “SİLİS”Ə ÇƏKİLİR AXCP Naxçıvan təşkilatının sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoy Muxtar Respublika Prokurorluğuna çağırıldıqlarını deyirlər. Yaşar Bağırsoy deyir ki, Nehrəm kəndinin sahə müvəkkili səhər saatlarında ona və qardaşına zəng vuraraq təcili prokurorluğa getməli olduqlarını bildirib: «Noyabrın 22-si səhər sahə müvəkkili Elməddin bizə zəng elədi. Bildirdi ki, səni də, qardaşın Zeynalı da təcili Respublika Prokurorluğuna çağırıblar. Səbəbini soruşdum, heç nə demədi. Bildirdim ki, poçt vasitəsilə çağırış olmalıdır. Bu şəkildə prokurorluğa çağırılmamız qeyri-qanunidir. Getməkdən imtina elədim. Zeynala da dedim ki, getməsin. Çünki bunlara inam yoxdur. Bizi qeyri-qanuni çağırıb orada işgəncə verib, öldürə də bilərlər. Sonra qardaşım Zeynala zəng vurub onu hədələyiblər. Deyiblər, gəlməsəniz sizə pis olacaq». Yaşar Bağırsoy Respublika Prokurorluğuna çağırılmalarını özünə qarşı siyasi təzyiq hesab edir: «Bu günlərdə mənim iştirakımla İctimai Palatanın Naxçıvan Muxtar Respublika şöbəsi təsis edildi. Yerli hakimiyyət bundan qorxuya düşüb. Hesab edirəm ki, qardaşımın və mənim bu şəkildə qanunsuz olaraq Muxtar Respublika Prokurorluğuna çağırılmamız bizə qarşı təzyiqdir». Naxçıvan Muxtar Respublika Prokurorluğu ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, nə Yaşar Bağırsoy, nə də Zeynal Bağırsoy prokurorluğa çağırılıb. Nehrəm kənd sahə müvəkkili ilə də əlaqə saxladıq. Sahə müvəkkili isə Bağırsoy qardaşlarının dediklərinə münasibət bildirmək istəmədi. Yaşar Bağırsoy isə bildirir ki, rəsmi çağırış gəlməyincə, prokurorluğa getməyəcəklər. Bu il iyulun 27-də Yaşar Bağırsoy və qardaşı Nehrəmdə keçirilən aksiyada döyüldüklərini iddia edirdi. Polisə şikayət edəndə isə, onların özləri saxlanmışdı. Geri qayıt |