Əsas Səhifə > Gündəm, Manşet > LƏNKƏRAN YOL POLİSİNDƏ “MEMATİ” PEYDA OLUB

LƏNKƏRAN YOL POLİSİNDƏ “MEMATİ” PEYDA OLUB


9-02-2013, 12:22
LƏNKƏRAN YOL POLİSİNDƏ “MEMATİ” PEYDA OLUB
DYP ƏMƏKDAŞININ ÖZBAŞINALIĞINDAN RAMİL USUBOVA ŞİKAYƏT OLUNDU

DİA.AZ: - Redaksiyamiza müraciət edən Masallı rayon sakinləri Paşayev Mirbəylər Zamiq oğlu, Qəmbərov Zaur Fərahd oğlu və Hüseynov Balaşikişi Lənkəran DYP-nin əməkdaşı, döş nişanı 1703 olan Qafarov Nurlan və onun “naparniki” Turalın qanunsuz əməllərindən şikayət edirlər. Şikayətçinin bildirdiyinə görə 4 fevral saat 12 radələrində 10 dəqiqə ərzində mənə iki protokol tərtib edən Nurlan Qafarov bu protokolları tələb etdiyi pulu ala bilmədiyi üçün yazıb.

Digər şikayətçi isə 28 il DYP-də çalışan və hazırda təqaüddə olan Hüseynov Balaşikişi adlı Masallı rayon sakinidir. O, da Nurlan Qafarovun vətəndaşlarla Memati kimi davrandığından yazır. Daha sonra keçmiş polis əməkdaşı onu da bildirdi ki, indiyə qədər “Mübariz keşiyində” qəzeti ilə bağlı dəfələrlə müraciət etsəm də mənə cavab verən olmayıb. “Məlumdur ki, “DİN-in mətbu orqanı olan “Mübariz keşiyində” qəzeti üçün bütün polis işçilərinin əmək haqqlarından qəzet pulu tutulur və bu tam qanunauyğundur. Lakin həmin qəzet 2000 tirajla dərc olunur. Görəsən bu qədər tutulan pul kim tərəfindən mənimsənilir?” Daha sonra veteran polis işçisi onu da qeyd etdi ki, mən əminəm ki, bu barədə Nazirin xəbəri olacağı təqdirdə qəzet pulunu illərdir mənimsəyənlər layiqli cəzasını alacaqlar.

Bu məsələlərə aydınlıq gətirmək üçün Lənkəran DYP rəisi Nəsimi Məmmədov ilə əlaqə saxladıq. Rəsin bildirdiyinə görə Nurlan Qafarovun əlindən bezdiyini lakin onunla bacarmadığını dilə gətirdi. “İnanınmırsınız baxın: Deklorasiyada onun yeri Lerik yolu olduğu halda gəlib Lənkəranın çıxışında protokol tərtib edir. Ona görə deyirəm ki, mən bu adamla bacarmıram”

Daha sonra tağım komandiri Sabir Süleymanovla əlaqə saxladıq. O da əməkdaşımıza bildirdi ki, mən Nurlanın əlindən artıq təngə gəmişəm.

Hər halda bu məsələ ilə bağlı yuxarı qurumların mövqeyini də dərc etməyə hazırıq.

Geri qayıt