Əsas Səhifə > Gündəm, Manşet > AĞCABƏDİDƏ 257 SAHİBKAR MƏKTUBLA MÜRACİƏT EDƏCƏK

AĞCABƏDİDƏ 257 SAHİBKAR MƏKTUBLA MÜRACİƏT EDƏCƏK


8-02-2013, 11:19
AĞCABƏDİDƏ 257 SAHİBKAR MƏKTUBLA MÜRACİƏT EDƏCƏK
ONLAR YERLİ İCRA STRUKTURLARININ ÖZBAŞINALIĞINDAN NARAZIDIR

DİA.AZ: - Hələ bir müddət əvvəldən məlumat verərək bildirmişdik ki, Ağcabədi rayonunda bir qrup sahibkar yerli icra strukturlarının özbaşınalıqlarından şikayət edirlər. Onların narazılığı icra hakimiyyətinin başçısı Şahin Məmmədovdandır və bu səbəbdən hətta narazı sahibkarlar başçıya qarşı imzatoplama kampaniyasına da başlamışdılar.

Bildirək ki, sahibkarlar kənd təsərrüfatı kreditlərinin düzgün bölüşdürülməməsindən və paylaşdırma zamanı Şahin Məmmədovun adından sahibkarlardan əlavə haqqın alınmasından giley-güzar edirlər. Hətta bu baş verənlərə etiraz olaraq rayonun Ağabəyli kəndində təxminən 20 gün əvvəl etiraz aksiyası da keçirilmişdi.

DİA.AZ-a rayondakı qaynaqlar tərəfindən ötürülən son xəbərlərdən aydın olur ki, 257 sahibkarın adından imzalanmış Ağcabədinin icra başçısından şikayət məktubu artıq hazırdır və bu gün həmin məktub KİV-lərə və prezident İlham Əliyevə, Prezident Administryasiyasının rəhbəri Ramiz Mehdiyevə və digər müvafiq dövlət qurumlarına göndəriləcək.

Mənbəmiz sahibkarların aksiya keçirmə niyyətinin də qüvvədə qaldığını bildirdi: «Hələlik məktuba reaksiyanın hansı səviyyədə olacağından hər şey asılıdır. Yəni qərar o zaman veriləcək».

Geri qayıt