Əsas Səhifə > Ölkə, Manşet > VERGİLƏR NAZİRLİYİ ZAKİR FƏRƏCOVDAN NİYƏ QORXUR?

VERGİLƏR NAZİRLİYİ ZAKİR FƏRƏCOVDAN NİYƏ QORXUR?


7-02-2013, 13:28
VERGİLƏR NAZİRLİYİ ZAKİR FƏRƏCOVDAN NİYƏ QORXUR?
BAŞÇININ YDM-LƏRİNDƏ DÖVLƏTİN QANUNLARI İŞLƏMİR

DİA.AZ: - Son zamanlar Vergilər Nazirliyinin ictimaiyətə tez-tez ünvanlanan bəyanatlarından biri də bütün ticarət və xidmət obyektlərində post -terminalların quraşdirilması ve ödəmələrin onlayn rejimdə olması ilə bağlıdır.Mətbuatda Vergilər Nazirliyinin bu məsələ ilə bağlı bir sıra maarifləndirici tədbirlər aparılmasını da müşahidə etmək olar. Bildiyimiz kimi dövlət başçısının göstərişinə əsasən, bütün ticarət məntəqələrində post-terminallar, yəni plastik kartlarla ödəməni həyata keçirən cihazlar quraşdırılmalıdır.

DİA.AZ bildirir ki, prezident İlham Əliyevin elektron xidmətlərin genişləndirilməsi və hesablaşmalar zamanı post-terminallara üstünlük verilməsi barədə tapşırığı ilk növbədə qara mühasibata qarşıdır. Çünki nağdsız ödənişlər aparılmasının böyük üstünlükəri var: korrupsiya hallarını aradan götürür, kölgə iqtisadiyyatını kəskin zəiflədir. Statistikaya görə, Azərbaycanda hazırda 4,18 milyon plastik kart və 33,568 post-terminal var

Ancaq bütün bunlara baxmayaraq nə qədər axtarsaq da Abşeron rayonunun ərazisində post-terminalı olan bir dənə də yanacaqdoldurma məntəqəsi tapa bilmədik ki,aldığımız benzinin pulunu onlayn ödəyək. Bu təsadüfidirmi?!

Ola bilsin ki, Abşeronun icra başçisi Zakir Fərəcova görə vergi əməkdaşları həmin yanacaqdoldurma məntəqələrindən post- terminallarin quraşdırılmasını tələb edə bilmirlər. Cünki rayon əhalisi arasında yayılan söz-söhbətlərdən belə məlum olur ki,Abşeron ərazisində fəaliyyət göstərən əksər yanacaqdoldurma məntəqələri icra başçisi Zakir Fərəcova məxsusdur...

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq.

Geri qayıt