Əsas Səhifə > Hadisə > İKİ NƏFƏRİ GÜLLƏLƏYƏN ŞƏXS TƏSLİM OLDU
İKİ NƏFƏRİ GÜLLƏLƏYƏN ŞƏXS TƏSLİM OLDU23-11-2011, 10:54 |
O, ÖZÜ İLƏ BƏRABƏR TAPANÇASINI DA GƏTİRİB Bakıda ölümlə nəticələnən silahlı insidenti törətməkdə şübhəli bilinən şəxs tutulub. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov çərşənbə axşamı Trend-ə bildirib ki, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Buzovna qəsəbə sakini Rahib Rəsulov bu gün axşam saatlarında Xəzər rayon Polis İdarəsinə gələrək özünü polisə təslim edib və cinayətdə istifadə etdiyi tapançanı təqdim edib. Həmin fakta görə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır. Xəzər rayon Prokurorluğu və Polis İdarəsinin həyata keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisənin Buzovna qəsəbə sakini, 1965-ci il təvəllüdlü Rahib Rəsulov tərəfindən törədilməsi müəyyən edilib. İlkin ehtimala görə, Bakı şəhərində silahlı insident şəxsi münaqişə zəminində baş verib. Bu barədə bazar ertəsi Trend-ə Xəzər rayon Prokurorluğundan məlumat verilib. Prokurorluqdan bildirilib ki, ölən və yaralanan bir-birinin yaxın qohumu olub. Güllə yarasından 33 yaşlı Bakı sakini, Maştağa qəsəbəsi, Mirzəliyev küçəsi, ev 122 ünvanında yaşayan Hikmət Əmiralı oğlu Babayev dünyasını dəyişib. 28 yaşlı Babayevin xalası oğlu Raci Zəkiyev isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Silahlı insident noyabrın 21-də saat 13:30 radələrində rayonun Zuğulba qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində "Mercedes" markalı avtomobildə olan naməlum şəxs iki nəfəri güllələyib. Geri qayıt |