Əsas Səhifə > Siyasət, Manşet > İRANLI DEPUTATDAN YAP-ÇI DEPUTATA ƏLƏ SALAN MƏKTUB
İRANLI DEPUTATDAN YAP-ÇI DEPUTATA ƏLƏ SALAN MƏKTUB7-02-2013, 09:28 |
HƏQİQƏTPUR BU DƏFƏ AĞINI ÇIXARDI: YAP-ÇILARIN CAVAB VERMƏSİ LAZIM DİA.AZ: - Bütün istiqamətlərdə Azərbaycanın üzərinə yeriyən fars-molla rejimi neə müddətdir ki, özünün Həqiqətpur adlı deputatlarından birinin dili ilə Azərbaycan dövlətinin qanunları, Azərbaycan türkünün tarixi keçmişi və digər dəyərlərilə məzələnməkdədir ki, bunda də əsas günahkarlardan birinin məhz hakim Yeni Azərbaycan Partiyasının deputatı Siyavuş Novruzovun olması bir faktdır. Ya əvvəlindən bu iranlı ağzıqaranın çağırışlarına rədd cavabı verilməli idi, ya da «görüşəcəm» deyilibsə, əməl olunmalıdır. Əks halda, molla mətbuatı elə bir təəssürat yaradır ki, sanki onlar haqlıdırlar. Çünki qabaqlarından qaçanlar var… DİA.AZ olaraq «AranNews» portalında yer almış Həqiqətpurun 3-cü məktubu ilə bağlı məlumatı olduğu kimi diqqətinizə təqdim edirik: «Doktor Mənsur Həqiqətpur yanvarın 10-da Azərbaycan Milli Məclisinin deputatlarına, xüsusilə də Siyavuş Novruzova xitab olaraq yazdığı "Gülüstan və Türkmənçaya bir daha Araz güzgüsündə baxaq-Qarabağ təkcə Azərbaycan xalqının dərdi deyil" üçüncü məktubunda azərbaycanlı həmkarlarına daha dərin mövzular təklif etmiş və onlardan cavab istəmişdi. Bu məktubun azəri mediasında əks-səda doğurmasına baxmayaraq Siyavuş Novrozovdan və ya digər deputatlardan heç bir cavab gəlmədi. Bu səbəbdən İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının vitse-prezidenti bir daha məktub yazaraq yeni mövzular təklif etməklə yanaşı Azərbaycan Parlamentinin deputatlarını səmimi müzakirəyə dəvət etmişdir. Doktor Həqiqətpurun yeni məktubunun tam mətni aşağıdakı kimidir: Allahın adı ilə Tehran Parlamentindən Bakı Parlamentinə Salam Novruzxan! Sizə yazdığım axrıncı məktubun üstündən bir aya yaxın ötür. Lakin cənabalinizin qabaqkı məktublarında müzakirəyə hazır olmağınızı bildirmənizin əksinə olaraq, hələ də aydın və müəyyən bir cavab verməmisiniz. Ona görə də bu məktubu yazmaqla sizi yenidən İran və Azərbaycanda səmimi və qarşılıqlı müzakirəyə dəvət etməyi lazım bildim ki, hər iki ölkənin elm adamlarının və mediasının iştirakı ilə neçə vaxtlardır təhriflər altında gizlənmiş həqiqətlər barədə müzakirələr aparaq. Novruzxan! Bir neçə gün öncə Peyğəmbəri-əkrəmin (s) mövludu idi. Bilirəm ki, həmin gün sizdə rəsmi tətil deyil. Doğrusu, bir müsəlman kimi bu günün Azərbaycanda hörmətlə qarşılanması üçün nə etmisiniz? Peyğəmbəri (s) nə qədər tanıyırsız? Bilirsinizmi, o həzrət insan kəramətinə hansı həddə diqqət edirdi? Bilirsinizmi, qadınların hicabına nə qədər əhəmiyyət verirdi? O hicab ki, indi neçə illərdir orta məktəblərdə rəsmi və bütün Azərbaycanda qeyri-rəsmi qadağan etmisiniz. Əlbəttə, bilirəm ki, siz parlamentdə bu barədə bir qanun qəbul etməmisinz. Amma siz ölkənizin təhsil nazirinin bu anti-islam göstərişinə münasibət bildirə və onu ləğv edə bilmirsiniz? İslami geyimlə şəxsiyyət vəsiqəsinin verilməsindəki qadağanı ləğv edə bilmirsiniz? Və...?! Doğrusu, Cənab Novruzxan, sizin hərətəklərindən biri ölkənizdə homoseksuallığın qadağasını ləğv edən bir parlamentin deputatı kimi hansı hissiniz vardır? Bilirsinizmi, İslamın aydın və zəruri qanunlarını ayaq altda qoymaq bahasına Avropa Birliyində və ya hər hansı beynəlxalq təşkilatda üzv olmağın dünya və axirətdə hansı aqibətləri vardır? Cənab deputat! Qarabağdan nə xəbər var? Gözəl Qarabağ torpaqları, onun dağları, çayları, bulaqları üçün ürəyiniz darıxmırmı? Onun azad olması üçün niyə bir hərəkət etmirsiniz? Sizin bu rəftarınız mənə Fətəli şah Qacarı xatırladır ki, öz dövründə Qafqazı İrandan ayırdı. O, əldən çıxmış ərazilərini geri qaytarmaq üçün çoxlu qiymətli hədiyyələrlə yüklənmiş iki zəncirli fili rus çarlığına hədiyyə etdi, lakin rus çarlığı buna etina etmədi. Siz və dövlət rəsmiləriniz də neçə illərdir ki, erməni işğalçıları ilə müzakirə mizi arxasında otururmusunuz ki, bəlkə Qarabağı geri ala biləsiniz. Amma işğalçıların bu müzakirələrlə bir ərazini öz həqiqi sahiblərinə qaytarmaları mümkün deyil. Cənab Siyavuş Novruzov! Qarabağ qaçqınlarından nə xəbər var? Onların vəziyyəti ilə maraqlanırsınızmı? Onların saysız-hesabsız dərdlərinə yetişirsinizmi? Bilirəm, Qarabağın azadlığı barədə bir tədbir görməyincə, hər nə etsəniz onların əllərindən çıxmış qürurlarını geri qaytara bilməyəcəksiz. Mən qabaqkı məktubumda bildirdiyim kimi indi də elan edirəm ki, Heydər Əliyevin dövründə Azərbaycanın şərəfli xalqına kömək etdiyim kimi indi də bu mövzuda İranda konfranslar keçirməyə və sizinlə birgə Qarabağın azad olması haqqında çarə yolu düşünməyə, fikir mübadiləsi aparmağa hazıram. Əlbəttə, İran xalqı və dövləti hamılıqla Qarabağın azad olunmasını istəyirlər. Amma təəssüflər olsun ki, ölkənizin məsulları bu mövzuda elə də ciddi səy göstərmirlər. Cənab Novruzxan! Novruzun əvvəlində Arazın hər iki sahilində simvolik görüşümüz olmalı idi. Bundan nigəranam ki, milli və islami təqvim əvəzinə sizə təqdim edilmş miladi təqvimi ilə Novruzun ilk gününü təyin edə bilməyəsiz. Siz və sizin parlamentdəki yoldaşlarınız heç düşünmüsünüz ki, nə üçün ruslar sizdən islami təqvimi və Quran əlifbasını alıb və onun əvəzində miladi təqvimini və kiril əlifbasını veriblər? Bu mövzunu müzakirə etmək üçün ölkənizdə və Parlementinizdə elə bir azadlıq varmı? İslami təqvimi və Quran əlifbasını əlinizdən almaqla sizin tarix və mədəniyyətinizə necə zülm olunduğunu bilirsinizmi? Öz milli və islami təqviminiz-hicri şəmsini geri qaytarmaq üçün hərəkət etmək istəmirsiniz? Əgər Bakı Parlamentində təkcə bu işi edə bilsəniz, Azərbaycanın müsəlman xalqına böyük xidmət etmiş olarsınız. Çünki onlar bununla öz milli və islami münasibətlərinə daha rahat hörmət göstərə bilərlər. Cənab Siyavuş Novruzov! Sizin cavabınızı gözləyirəm. Ümidvaram, məktubda qeyd olunanlar barədə düşünəcəksiz. İslam mədəniyyətində düşünməyin yüksək dəyəri vardır. Mənsur Həqiqətpur, Ərdəbil, Nir, Səreyn əhalisinin İslam Şura Məclisində nümayəndəsi» Geri qayıt |