Əsas Səhifə > Gündəm, Manşet > BİR QRUP LAÇINLI PREZİDENTDƏN GÖRÜŞ İSTƏDİ

BİR QRUP LAÇINLI PREZİDENTDƏN GÖRÜŞ İSTƏDİ


7-02-2013, 09:04
BİR QRUP LAÇINLI PREZİDENTDƏN GÖRÜŞ İSTƏDİ
"MÜDAXİLƏ ETMƏSƏNİZ, BİZƏ İKİNCİ DƏFƏ KÖÇKÜN HƏYATI YAŞADACAQLAR"

DİA.AZ: - Bir qrup Laçın rayon sakini adından redaksiyamıza şikayət məktubu daxil olub. DİA.AZ-ın elektron poçtuna göndərilən həmin məktubu olduğu kimi diqqətinizə təqdim edirik:

“Bildiririk ki, Laçın rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılovun əlindən Azərbaycan Respublikasından qaçmalı olmuşuq. Belə ki, demokratiyanın, insan hüquq və azadlıqlarının əsas meyar kimi qəbul olunduğu Azərbaycan respublikasında R.Cəbrayilov rayonu öz qanunları ilə idarə edir. R.Cəbrayılovun qanunları o qədər sərt və amansızdır ki, dünyanın heç bir ölkəsində belə qanunlara rast gəlmək mümkün deyil.

Vəziyyət o yerə çatıb ki, rayon əhalısinin böyük əksəriyyəti qorxu altında yaşayır. Rayon hüquq-mühafizə orqanları öz vəzifə borclarını R.Cəbrayılovun sifarişlərini yerinə yetirməkdə görürlər. Bu orqanların yarıtmaz fəliyyəti sayəsində R.Cəbrayılovun qanunsuz əməllərindən yuxarı orqanlara şikayət etmiş sakinlər təziqlərə, təhqirlərə, mənəvi işgəncələrə məruz qalırlar.

R.Cəbrayilovun rayonda hökm sürən özbaşınalığı sadə vətəndaşların Dövlətə və Hökumətə olan inamıni sarsıdmaqla ümüdsüzləşdirib. Hətta hüquqları pozulmuş vətəndaşların bəziləri şərlənərək məhkəmə və polis orqanlarında süründürməçiliyə və sifarişli həbslərə məruz qalacaqlarından ehtiyatlanaraq yuxarı orqanlara müraciət etmirlər.

Rayonun bütün idarə və müəssisələrini korrupsiya çirkabında boğmuş R.Cəbrayılovun qanunsuz əməllərindən yuxarı orqanlara yazdığımız şikayət ərizələrinə baxılmaması bizləri həddindən artıq narahat edir. Biz Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Dövlət orqanlarına etdiyimiz müraciətlərimizin baxılmamasını və yaxud baxılması üçün R.Cəbrayılova göndərilməsini Azərbaycan respublikasının konstitusiyasında nəzərdə tutulmuş vətəndaş hüquqlarımızın pozulması kimi qiymətləndiririk.

Biz laçınlı məcburi köçkünlər hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyev Rayonumuzda olan gərgin vəziyyətdən xəbərdar olarsa, dərhal məsələyə müdaxilə edərək R.Cəbrayılovun qanunsuz əməllərinin qarşısını alar.

Odur ki, sizin internet portalı vasitəsi ilə cənab Prezident İ.Əliyevə müraciət edirik.Cənab prezident köçkün taleyi yaşayan biz laçınlılara R.Cəbrayilov 1992-ci illərin dəhşətli günlərini yaşadır. Sizdən çox acizanə xahiş edirik, vaxt ayırıb bizi qəbul edin. Bu məsələyə müdaxilə etməsəniz, R.Cəbrayılov bizə ikinci dəfə köçkün həyatı yaşadacaq.

1.Laçın rayonunun Şeylanlı kənd sakini Baxışov Baxış Aslan oğlu
2.Laçın rayonunun Qarakeçdi kənd sak ini Həsənov Astan Əhliman oğlu.
3.Laçın rayonunun Malbəy kənd sakini Cəfərov Fizuli Məhəmməd oğlu”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt