Əsas Səhifə > Ölkə, Manşet > RƏSMİ BAKI İRANA SAMBALLI ZƏRBƏ VURACAQ
RƏSMİ BAKI İRANA SAMBALLI ZƏRBƏ VURACAQ22-11-2011, 16:27 |
HƏDƏFƏ ALINAN «BANK OF BAKU»NUN ƏL DƏYİŞDİRƏCƏYİ BİLDİRİLİR DİA.AZ: - Məlum olduğu kimi, son zamanlar fars-molla rejiminin xüsusi xidmət orqanları Azərbaycana qarşı əməlli-başlı səlib yürüşünə keçiblər. Hətta Azərbaycan dövləti və xalqının, eyni zamanda Azərbaycanın dövlət atributlarının, habelə prezidentinin İrana aid portallarda və digər təbliğat vasitələrində hədəfə alınması bir ənənə halını alıb. Bildirək ki, bu səbəbdən Prezident Adminitsrasiyasının şöbə müdiri Əli Həsənovla İranla danışıqlar üçün cəlb edildi. Amma vəziyyət kritiklik həddini dəyişməyib. Son olaraq Bakıda tanınmış yazıçı Rafiq Tağının belə İrana yaxın qüvvələr tərəfindən bıçaqlanması da rəsmi Tehranın əzələ nümayişi kimi qəbul edildi. Mötəbər mənbələrdən «Dünya» İnformasiya Agentliyi redaksiyasına ötürülən informasiyada qeyd olunur ki, artıq rəsmi Bakı İran qarşısında ciddi təpgi nümayiş etdirməyə hazırlaşır, hətta vəziyyət düşünüldüyündən də sərt məcrada inkişaf edə bilər. Xatırladaq ki, dünəndən etibarən İrana yaxın iqtisadi rıçaqlar hədəfə alınıb. Məlum prosesin daha da güclənəcəyini bildirən məlumatlı mənbələrin sözlərinə görə, ilk hədəflərdən biri də «Bank of Baku» olacaq. Belə ki, bu bankın İranın xüsusi xidmət orqanları ilə əlaqəsi artıq danılmaz faktdır. ABŞ kəşfiyyatına aid məxfi sənədlərdə də bu barədə kifayət qədər ciddi ittihamlar yer almışdı. Mənbəmizin sözlərinə görə, «Bank of Baku»nun yerli rəhbərliyi də vəziyyətin çıxılmaz olmasının fərqindədir: «Çünki onlara dolayı yollarla bankın fəaliyyətinin ya durdurulacağı, ya da əl dəyişdirəcəyi haqda məlumatlar verilib». Geri qayıt |