Əsas Səhifə > Güney Press / Manşet > QƏRBİ AZƏRBAYCAN QRUPLAŞMASI FƏALLAŞIR
QƏRBİ AZƏRBAYCAN QRUPLAŞMASI FƏALLAŞIR6-02-2013, 14:38 |
![]() DİA.AZ: - Prezident seçkilərinin yaxınlaşması nədəniylə bir sıra siyasi qüvvələr fəallaşma kursu götürüblər ki, onların arasında zaman-zaman ölkəiçi siyasətdə dərin izlərini buraxmış, son illərdə kölgəyə çəkilmiş kimi görünən Qərbi Azərbaycan qruplaşması da var. Bununla bağlı DİA.AZ-a ötürülən xəbərdə bildirilir ki, gələn həftə Qərbi Azərbaycan qruplaşması bir neçə ictimai təşkilatın təşəbbüsü ilə özünün böyük toplantısını keçirəcək. Mənbənin söylədikləri: В«Toplantının keçirilməsi üçün bəhanə kimi Əkrəm Əylislinin son günlər ajiotaja səbəb olan əsərinə etiraz niyyəti göstərilsə də, əslində başlıca məqsəd Qərbi Azərbaycanlıların yenidən böyük siyasətə dönüşünə tədarük olacaqВ». Mənbəmizinq sözlərinə görə, Bakıdakı otellərin birində təşkil olunacaq tədbirə Qərbi Azərbaycan bölgəsinin tanınmış simaları ilə yanaşı, həmçinin hazırda həbsdə saxlanılan keçmiş səhiyyə naziri Əli İnsanova yaxın olan fiqurların da qatılması gözlənilir. Geri qayıt |